Ağstafada idmançılarla görüş
Region

Ağstafada idmançılarla görüş

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov son günlər ölkəmizdə və xaricdə keçirilən müxtəlif növ idman tədbirlərində yüksək nəaliyyətlər əldə edən ağstafalı idmançılarla görüşüb.

Görüşdə iştirak edən idmançılar, Vurğun qəsəbə sakini Əliyev Ağa Qəzənfər oğlu Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 01 may tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Ağstafa-Bakı marşrutu üzrə ultramarafonda 465 km məsafəni uğurla qət edərək 5 gün ərzində ölkəmizdə ən uzaq məsafəyə qaçma rekordu müəyyənləşdirib, Göycəli kəndindən olan Ələkbərov Tahir Samir oğlu 28-30 aprel tarixində Bolqarıstanda keçirilən Şotokan karate üzrə 13-cü Avropa çempionatında qalib olub, 29-30 aprel tarixində Bakı şəhərində keçirilən qol güləşi üzrə Respublika çempionatında Köhnəqışlaq kəndindən olan Mədədov Murad Vidadi oğlu 1-ci və Köçəsgər kəndindən olan Hacıyev Ayxan Şükran oğlu isə 2-ci yerə layiq görülüblər.  

Görüşdə rayon rəhbəri idmançılara və məşqçilərinə bəslənilən yüksək etimadı layiqincə doğrultuqları üçün dərin təşəkkürünü bildirib, idmançıları bu sahədə əldə etdikləri nəaliyyətlərinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə təltif edib.

Vəli VƏLİYEV,

“Respublika”.