Ağdamda hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq olunması ilə bağlı istintaq aparılır
Digər xəbərlər

Ağdamda hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq olunması ilə bağlı istintaq aparılır

İyulun 1-də Ağdam Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Ağdam Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayevanın xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsinə - Əhliyət Qasımovun üzərinə hücum edərək ona xəsarət yetirdiyi müəyyənləşdirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.

AZƏRTAC