AĞDAM yaşıl şəhərə çevrilir
Digər xəbərlər

AĞDAM yaşıl şəhərə çevrilir

Birinci Qarabağ müharibəsində ermənilər yer üzündən sildikləri, evləri viran etdikləri, "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərini azərbaycanlılara qarşı qatı nifrət rəzil düşmənçiliklə talan-qarət edərək bu dilbər guşəni xarabalıqlar səhrasına çeviriblər. Qəddarlığın erməni vəhşiliyinin qurbanı olan Ağdamda işğalçıların vurduğu yaralar sarılır, bu ölü zonaya çevrilmiş yurd yerimizə həyat qayıdır. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni müasir bir Ağdam şəhəri tikilir. Şəhərin Baş Planına əsasən Ağdam Qarabağın ən böyük sənaye mərkəzi, mədəniyyət ocağı, elm məbədi, musiqi beşiyi, dünyada bənzəri olmayan, ən gözəl ecazkar bir yaşayış məntəqəsi olacaq. Ağdam həm yaşıl bir şəhərə çevriləcək. Artıq bu istiqamətdə layihələr həyata keçirilir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər işğaldan azad olunmuş əraziləri əhatə edir. Bu münasibətlə Ekologiya Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Dövlət Turizm Agentliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları Ağdam könüllüləri ilə bir yerdə ağacəkmə aksiyası keçirib. Aksiya zamanı Ağdam Sənaye Parkının yanında 1 hektar ərazidə 500 ədəd iynəyarpaqlı ağac əkilib. Ərazi damcı suvarma sistemi ilə təmin olunub.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə onun Qarabağın inkişafında misilsiz xidmətləri olub. Qarabağın hər bir yerini qarış-qarış gəzib hər zaman burada gedən inkişaf prosesini dəstəkləyib. Təəssüflər olsun ki, işğal dövründə mənfur düşmən Qarabağımızda çox böyük vandalizm aktları həyata keçirib. 9 şəhər yerlə-yeksan olunub, 300-dən çox kənd dağıdılıb, 50 min hektardan çox meşə fondu qırılıb, total ekosid törədilib. Ekologiyaya, təbiətimizə dəyən bu zərəri biz uzun müddət bərpa etməli olacağıq bu istiqamətdə məqsədyönlü gedir. Ümid edirəm ki, Ağdam şəhəri, Qarabağın hər bir bölgəsi yaşıl şəhər kimi bərpa olunacaq.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, ekoloji vəziyyətinin yaxşılaşdırılması, eləcə ulu öndərin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olan təbiətin qorunması, yaşıllıqların genişləndirilməsi məqsədilə keçirilən tədbir diqqətəlayiqdir. İnanırıq ki, Ağdam Azərbaycanın ən gözəl, yaşıl şəhərlərindən birinə çevriləcək. Ağacəkmə aksiyasında iştirak edən ekologiya təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Ağdam Azərbaycanın ən gözəl, yaşıl şəhərlərindən birinə çevriləcək. Bizim genişmiqyaslı işlərimiz sırf təbiətin mühafizəsi ağacəkmə aksiyaları ilə müşahidə olunur. Ağacəkmə aksiyaları ilin sonuna qədər həyata keçiriləcək.

Qeyd edək ki, tikinti-quraşdırma, yaşıllaşdırma işləri ilə yanaşı, hazırda Ağdamda minatəmizləmə işləri həyata keçirilir. Bu rayonda 18 min hektara yaxın ərazi mina partlamamış sursatlardan təmizlənəcək. Ümumiyyətlə isə işğaldan azad edilən rayonlarda 75 min hektara yaxın ərazi mina partlamamış sursatlardan təmizlənib. Bu təmizləmə əməliyyatları nəticəsində 85 mindən çox mina partlamamış sursat aşkar olunaraq məhv edilib. Qeyd edək ki, müasir, müstəqil Azərbaycanın qurucusu, xalqımızın milli azadlıq istiqlaliyyət tarixində silinməz iz qoymuş, dövlətimizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında müstəsna xidmətləri olmuş böyük şəxsiyyət, müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlər davam etdirilir.

Salman ALIOĞLU,

"Respublika".