AĞDAM: tarix və müasirlik
Digər xəbərlər

AĞDAM: tarix və müasirlik

Yenidən tikilən şəhərin əsas cizgiləri belə olacaq

İşğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərinin miqyası gündən-günə genişlənir, həyat əhəmiyyətli infrastruktur layihələr uğurla icra olunur. 30 ilə yaxın Ermənistanın talan edərək dağıtdığı yurd yerlərimiz yenidən, müasir görkəmdə, hər cür şəraiti olan yaşayış məskəni kimi öz sahiblərinə təhvil verilir, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına həyəcanla, həvəslə, sevinclə, arzu, xəyallarla, xoşbəxtlikdən doğan göz yaşları ilə qayıdırlar. Onlar şükranlıqla, dərin minnətdarlıqla ürək sözlərini dilə gətirir, qalib qüdrətli Azərbaycan vətəndaşı olmaqları ilə fəxr etdiklərini bildirirlər.

Vaxtilə Ermənistanın hərbi təcavüzü nəticəsində əzəli torpaqlarından zorla köçürülən insanların qayıdış köçü başqa bir mənzərə, tarixi bir məqamdır, haqqın ədalətin təntənəsidir. Xain məkrli qonşumuz, düşmən Ermənistan uzun illər ərzində torpaqlarımızda törətdiyi cinayətlərin bədəlini mütləq ödəyəcək, cavab verəcək.

Dünyada bəlkə ikinci elə bir yer yoxdur ki, ermənilərin Ağdam şəhərində ətraf kəndlərdə törətdikləri vandalizm, nifrət düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, azərbaycanlılara qarşı qatı nifrət, ayrı-seçkilik işğal məqsədilə törədilən hərbi cinayətdir. Ermənistanın keçmiş hərbi siyasi rəhbərləri Serjik Sarkisyan, Robert Koçaryan onların əlaltıları olmuş cinayətkarlar buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Qələbədən sonra işğaldan azad edilən torpaqlarımızda, o cümlədən Ağdamdakı erməni vəhşiliyinin acı qəddar mənzərəsi ilə qarşılaşdıq. Qarabağın mərkəzi, abad yaraşıqlı, damlı Ağdamın xarabalıqları uzun illər işğalçıları müdafiə edən ermənipərəst qüvvələrin gözünə iynə kimi sancılır. Bu vəhşiliyi görməzdən gələn bəzi dövlətlər ermənipərəstlər haqqın, ədalətin, qəhrəmanlığın, Zəfərin qarşısında utanmaq əvəzinə hələ təcavüzkar Ermənistana havadarlıq edir, bölgədə gərginliyin artmasına, münaqişə ocağının alovlanmasına cəhd göstərirlər. 30 ilə yaxın bu münaqişəni həll etməklə məşğul olan beynəlxalq təşkilatların edə bilmədiyini Qalib Ali Baş Komandan İlham Əliyev Müzəffər Azərbaycan ordusu 44 günə etdi, haqsızlığa, işğala, şərə birdəfəlik son qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə dövlətimizin başçısı çıxışında bildirdi ki, 30 illik işğal dövründə yüzlərlə şəhər kəndimiz, tarixi dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər "Qafqazın Hirosiması" adlandırırlar. Qarabağ Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır.

Yaxşı bir atalar sözü var, yalançını mənzilinə qədər qovarlar. Kapitulyasiya aktına qol çəkəndən sonra Ermənistan üzərinə götürdüyü öhdəliklərdən açıq şəkildə qaçır, hiyləgərlik göstərir, gah Qərbə, gah İrana, gah da Rusiyaya üz tutur, acınacaqlı şəkildə müstəqil dövlət olmadığını bir daha sübut edir. Otuz il davam edən işğal zamanı 300-dən çox şəhər kəndimiz, mədəniyyət dini obyektlərimiz tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır. Bu barədə Ağdamda Azərbaycan Respublikası Hökuməti ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən illik yüksək səviyyəli strateji məsləhətləşmələrdə Şəhərsalma Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov məlumat verərək bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 7 şəhər 36 qəsəbə-kəndin, ümumilikdə, 43 yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinin hazırlanması işləri başa çatmaq üzrədir. İlk mərhələdə layihələndirilən bütün qəsəbə kəndlərin şəhərsalma konsepsiyası məqbul hesab edilib, həmçinin Ağdam rayonunun Xıdırlı, Kəngərli Sarıcalı, Qubadlı rayonunun Mahruzlu Zilanlı, Cəbrayıl rayonunun Horovlu Şükürbəyli, Zəngilanın Məmmədbəyli, Şuşanın Daşaltı kəndlərinin şəhərsalma əsaslandırması təsdiqlənib. Həmin kəndlərin bir çoxunun tikinti layihələrinin işlənilməsinə başlanılıb. Dövlət Proqramına əsasən əhalinin dayanıqlı şəkildə geri qayıdışının ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026- illərdə 34 min 500 evin tikilməsi 140 minə yaxın əhalinin köçürülməsi həyata keçiriləcək. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin mənzilin tikilməsi, bu evlərə 42361 vətəndaşın köçürülməsi nəzərdə tutulur.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bütün bu işlərlə yanaşı, Ağdam şəhərinin mərkəzində həm tarixi-mədəni ərazi salınacaq.

Ağdam sürətlə, zövqlə, milli memarlıq üslubunda, müasir şəhərsalma layihələri əsasında tikilir, tarixi müasir cizgiləri əks etdirən bir şəhər gözlərimiz qarşısında addım-addım böyüyür. Prezident İlham Əliyevin dəyərli tövsiyələri əsasında tikilən Ağdamın dünyada bənzəri olmayacaq, Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcək, elm, təhsil, muğam ənənələri davam etdiriləcək. Ən əsası isə Ağdama köçürüləcək ağdamlılar bu şəhərin qədim ənənələrini bərpa edəcək, keçmişdəki özünəxas olan ruhu dircəldəcək. Bir sözlə, Ağdam gələcəyin ən gözəl şəhəri olacaq...

Salman ALIOĞLU,

"Respublika".