AĞDAM ŞƏHƏRİNİN BƏRPASININTƏMƏL DAŞININ QOYULMASI BİZİ ÇOX SEVİNDİRDİ
Region

AĞDAM ŞƏHƏRİNİN BƏRPASININTƏMƏL DAŞININ QOYULMASI BİZİ ÇOX SEVİNDİRDİ

Mayın 28- - Respublika Günündə, ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə baş verdi. 27 ildən sonra düşmən tapdağından qurtulmuş Ağdam şəhərinin Baş Planı təsdiqləndi. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plan idi.

Ölkə Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində şanlı qələbədən sonra Ağdama ikinci səfərində şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yeni, ən müasir şəhərin qurulacağını bəyan etdi modern şəhərin təməlini qoydu. Bu, təkcə ağdamlılara yox, bütün dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Bu hadisə işğaldan azad edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə bir daha əsas verdi. Bölgələrdə məskunlaşmış Ağdam sakinləri bundan fəxarət hissi keçirərək, redaksiyamıza məktub ünvanlayıblarMingəçevirdə 30 il məcburi köçkün kimi yaşayan Əliyev Fərman İbrahim oğlu müraciətində ailəsi sakinlər adından ölkə Prezidenti cənab İlham Əliyevlə hər zaman qürur duyduqlarını bildirib. Qeyd edib ki, dədə-baba torpaqlarımızda təməl daşının qoyulmasına görə özümüzü çox bəxtəvər hiss etdik. 30 ilə yaxın düşmən tapdağı altında olan qiymətli torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində aparılan uğurlu əməliyyatlardan qürur duyuruq. O torpaqlar üçün mənim kürəkənim canından, qanından keçdi, şəhid oldu. Azərbaycan vətəndaşı olaraq sizin atdığınız hər bir addımı dəstəkləyirik. Həmişə ümid etmişdik ki, dədə-baba torpaqlarımıza qayıdacağıq. Mingəçevir İcra Hakimiyyəti bizə hər an dəstək olub. Biz heç vaxt Mingəçeviri unutmayacağıq. Biz Ağdam sakinləri Prezidentimizə Mehriban xanıma dərin təşəkkürümüzü bildiririk, inanırıq ki, yaxın vaxtlarda doğma yurdumuzda firavan yaşayacağıq. Xilaskar Azərbaycan əsgərinin gücü döyüş bacarığı sayəsində daha xoş xəbərlərin şahidi olacağıq. Güclü Ordumuza çox güvənirik. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!.

Zabit XƏLİLOV,

Respublika”.