Ağdam şəhərində Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilib
Siyasət

Ağdam şəhərində Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilib

BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər, Kənd Təsərrüfatı Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma Arxitektura, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak ediblər.

Azərbaycan Respublikasında BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində davamlı işlər aparılmaqdadır. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən əsaslı bərpa yenidənqurma layihələri həmin səylərin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir.

Ölkəmiz inkişaf məqsədlərinə ilk növbədə daxili potensial imkanlardan, eyni zamanda, çoxtərəfli beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə etməklə nail olmaqdadır. Bu əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələri, o cümlədən ətraf mühitin qorunması, səhiyyə, kənd təsərrüfatının inkişafı digər məsələləri əhatə edir. Eyni zamanda, Azərbaycan üçün əsas prioritetlərdən olan Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi davamlılıq, humanitar minatəmizləmə, ərazilərin sosial-iqtisadi reinteqrasiyası məsələlərinin dünyada mövcud olan təcrübənin nəzərə alınması ilə təşkili önəmlidir.

Azərbaycan Respublikasının sözügedən istiqamətlərdə bu günədək həyata keçirdiyi tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bir neçə aparıcı beynəlxalq təşkilat, o cümlədən BMT tərəfindən bərpa yenidənqurma işlərinin ilkin mərhələsi müsbət qarşılanıb. Yaxın gələcəkdə bu istiqamətdə müvafiq ərazilərdə əməkdaşlığın genişləndirilməsi gözlənilir.

Bugünkü tədbir ötən il Şuşada təşkil edilmiş Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının davamı olaraq baş tutub.

Tədbirdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa yenidənqurma işləri, oraya əhalinin qayıdışı bu prosesdə beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib.

Həmçinin bu müstəvidə BMT, Dünya Bankı Avropa İttifaqının birgə postböhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda "Heydər Əliyev İli" çərçivəsində Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib.