Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair  əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Ağcabədi və Bərdə rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair  əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağcabədi və Bərdə rayonlarının əhalisi 37061 nəfər olan 18 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 iyun 2021-ci il.

 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il  4 iyun tarixli Sərəncamına Əlavə

Ağcabədi və Bərdə rayonlarında qazılması  nəzərdə tutulan subartezian quyularının  yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra

№-si

Rayonun adı

Quyuların

sayı, ədəd

Yaşayış məntəqələrinin adı

Əhalinin sayı, nəfər

    1.    

Ağcabədi

10

Göyük kəndi (2 quyu)

931

Hindarx qəsəbəsi

9721

Xocavənd kəndi

3778

İmamqulubəyli kəndi

1240

Salmanbəyli kəndi

2692

Şahmalılar kəndi

328

Şərəfxanlı kəndi

957

Yuxarı Qiyaməddinli kəndi (2 quyu)

3555

  1.   

Bərdə

10

Bala Qacar kəndi

904

Birinci Qaradəmirçi kəndi

2218

Əmirli kəndi

2048

Hacallı kəndi

1740

Xanərəb kəndi

2266

Xanxanımlı kəndi

407

İkinci Nazırlı kəndi

824

Körpüsındıran kəndi

722

Kürdborakı kəndi

721

Mehdixanlı kəndi

2009

Cəmi:

20

18

37 061