“Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimat mərasimi keçirildi
Gündəm

“Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimat mərasimi keçirildi

Fevralın 28-də Qərbi Azərbaycan İcmasının inzibati binasında “Ağbaba - Şörəyel İkinci Dünya savaşında həlak olanlar və itkin düşənlər” kitabının təqdimat mərasimi keçirilib.

"Respublika" xəbər verir ki, kitabda Qərbi Azərbaycanın (keçmiş Ermənistan SSR) Ağbaba və Şörəyel bölgələrində (Amasiya inzibati rayonu) yaşamış azərbaycanlıların İkinci Dünya savaşında iştirakları, onlardan həlak olan və ya itkin düşənlərin doğulduqları və yaşadıqları 22 kənd üzrə adbaad siyahılarının müəyyənləşdirilməsi və onların hər birinin – həlak olmuş və itkin düşmüş şəxslərin soyadı, adı, atasının adı, doğulduğu yer, hərbi xidmətə çağırıldığı hərbi komissarlıq, döyüşdüyü, həlak olduğu və dəfn edildiyi yerlə bağlı məlumatlar öz əksini tapıb.

Bununla yanaşı, orden və medallarla təltiflər barədə və təltif sənədləri haqqında da qısa məlumatlar da sözügedən kitabda yer alıb.

Nurlan ABDALOV,

"Respublika".