Ağalı sakini: Zəngilana köçmək indiyədək yaşadığım bütün ağrı-acıları unutdurur
Sosial həyat

Ağalı sakini: Zəngilana köçmək indiyədək yaşadığım bütün ağrı-acıları unutdurur

Doğma kəndimizə getdiyimiz üçün çox sevinirik. Bu günləri yaşadığımız üçün dövlətimizin başçısına, Ordumuza borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı, uzun ömür arzulayırıq.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağalıya köçən kənd sakin Bəxtiyar Abdullayev söyləyib.

Zəngilanı tərk edəndə gənc olduğunu xatırladan Bəxtiyar Abdullayev həmin hadisələri kədərlə yada salsa da, hazırda xoşbəxt olduğunu bildirib. Qeyd edib ki, Zəngilana köçmək onun indiyədək yaşadığı bütün ağrı-acıları unutdurur.

AZƏRTAC