Ağalı sakini: Kəndimiz təsəvvür etdiyimdən də gözəldir
Region

Ağalı sakini: Kəndimiz təsəvvür etdiyimdən də gözəldir

Çox sevinirəm ki, 29 ildən sonra doğma kəndimə qayıtmışam. Hisslərimi sözlə ifadə edə bilmirəm.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında sentyabrın 10-da Ağalıya köçən kənd sakini Zakir İbrahimov söyləyib.

"Kəndimiz yüksək səviyyədə yenidən qurulub. Təsəvvür etdiyimdən, gözlədiyimdən də gözəldir. Allah bütün zəhməti keçənlərə kömək olsun! Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah Prezidentimizi həmişə var eləsin!", - deyə Ağalı sakini vurğulayıb.

AZƏRTAC