Ağalı sakini: Doğma yurda qayıtmaq arzumuzu gerçəkləşdirdiyi üçün Prezidentimizə, şəhidlərimizə, qazilərimizə minnətdarıq
MÜSAHİBƏLƏR

Ağalı sakini: Doğma yurda qayıtmaq arzumuzu gerçəkləşdirdiyi üçün Prezidentimizə, şəhidlərimizə, qazilərimizə minnətdarıq

Mən doğma kəndimi tərk edəndə beşinci sinifdə oxuyurdum. Öz yurdumu qoyub getmək istəmirdim. Çox çətin anlar idi. Bu günə qədər doğma yurdumuza geri qayıtmaq ümidi ilə yaşamışıq. Bu arzumuzu gerçəkləşdirdiyi üçün Prezident İlham Əliyevə, qazilərimizə minnətdarlığımı bildirirəm. Allah Vətən yolunda canını qurban verən şəhidlərimizə rəhmət eləsin.

Bu sözləri AZƏRTAC-a müsahibəsində bu gün Ağalıya köçən kənd sakini Maisə Əliyeva deyib.

"Övladlarımız bu torpaqları görməsələr də, daim onlara bu yerlərin gözəlliyi, bizim üçün hansı dəyərə malik olması barədə danışırdıq. Doğma yurdumuza qayıtmağı övladlarımız da səbirsizliklə gözləyirdilər. Biz burada gözəl, rahat evlərlə, hər cür şəraitlə təmin olunmuşuq. Buna görə Prezidentimizə təşəkkür edirik", - deyə o qeyd edib.

AZƏRTAC