AFAD nümayəndələrinin iştirakı ilə taktiki-xüsusi təlimi
Digər xəbərlər

AFAD nümayəndələrinin iştirakı ilə taktiki-xüsusi təlimi

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. 26 may FHN-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (BAXD) BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə təşkil olunan təlimdə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mütəxəssisləri iştirak ediblər.

Tədbirdə taktiki-xüsusi təlimin məqsəd və vəzifələri müzakirə olunub. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlim zamanı görülməsi vacib olan məsələlərdən danışıb, ekspertlərin bu təlimdə iştirakının əhəmiyyətini vurğulayıb. Türkiyəli mütəxəssislər – AFAD-in Axtarış və Xilasetmə idarəsinin rəisi Recep Şalçı və başqa iştirakçılar təlimin beynəlxalq axtarış-xilasetmə formatına uyğun keçirilməsi üçün müvafiq tövsiyyələrini veriblər.

Sonra toplantıda təlimin gedişində şəxsi heyətin nəzəri biliklərinin artırılması məqsədi ilə təqdimatlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.