Adnan Fişenk: Edillidə aşkarlanmış kütləvi məzarlığı görəndə dəhşətə gəldim
MÜSAHİBƏLƏR

Adnan Fişenk: Edillidə aşkarlanmış kütləvi məzarlığı görəndə dəhşətə gəldim

İşğaldan azad olunmuş torpaqlara ilk dəfə səfər edirəm. Edillidə aşkarlanmış kütləvi məzarlığı görəndə dəhşətə gəldim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Avropa Jurnalistlər Assosiasiyasının rəhbəri Adnan Fişenk oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı söyləyib.

"Burada vəhşiliklərin ən qəddarının şahidi oluruq. Nə deyəcəyimi bilmirəm. Bunu edənlər insan ola bilməz, hətta vəhşi heyvanlar belə bu hərəkətləri etmirlər. Bu, insanlığa qarşı cinayətdir. Bu işləri görənlər ən ağır şəkildə cəzalandırılmalıdırlar", - deyə o qeyd edib.

AZƏRTAC