ADAU-da Karyera Sərgisi
Region

ADAU-da Karyera Sərgisi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15-ci “Karyera Sərgisi-2023” keçirilib. Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O bildirib ki, sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən çox vakant yer təqdim olunub.

Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov məzunlara uğurlar diləyərək tələbələrin ixtisasları üzrə işlə təmin olunmasına dəstək verən şirkət, idarə və müəssisələrin rəhbərlərinə təşəkkür edib.

Məzunlara gələcək həyatlarında uğurlar arzulayan Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop keçirilən karyera sərgisinin dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsi olduğunu qeyd edib.

Türkiyənin Ege Universitetinin rektoru Necdet Budak çıxışında bildirib ki, aqrar sahənin inkişafında ADAU-da yüksək səviyyəli kadr hazırlığının aparılması mühüm rol oynayır.

“Respublika”.