ADA Universitetində keçirilən Karyera sərgisində ƏƏSMN və onun qurumlarının əməkdaşları iştirak ediblər
Elm və təhsil

ADA Universitetində keçirilən Karyera sərgisində ƏƏSMN və onun qurumlarının əməkdaşları iştirak ediblər

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirliyin tabeliyindəki DOST Agentliyi Dövlət Məşğulluq Agentliyinin əməkdaşları ADA Universitetində təşkil olunmuş 11-ci Karyera sərgisində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, sərgi iştirakçılarına nazirlik onun tabeliyindəki agentliklər, onların fəaliyyət istiqamətləri, dövlət qulluğuna qəbul qaydaları, "Könüllü DOST" proqramı haqqında ətraflı məlumatlar verilib. Həmin mövzularda maarifləndirici çap məhsulları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb