ADA Universitetində
Elm və təhsil

ADA Universitetində "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfrans keçirilib

Mayın 2- ADA Universitetində 30-dan çox ölkənin 60-dək nümayəndəsinin iştirakı ilə "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilib.

AZƏRTAC xəbər verir ki, konfransda ABŞ dövlət katibinin sabiq köməkçisinin müavini, Özbəkistanın Ali Məclisi Senatı sədrinin keçmiş birinci müavini digər qonaqlar iştirak ediblər.

Konfransın ilk sessiyası ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib. O vurğulayıb ki, tədbirin Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında bildirib ki, artıq 4- dəfədir ADA Universiteti belə bir konfransa ev sahibliyi edir. Konfransın siyasət, elmi beynəlxalq münasibətlər üzrə mühüm əhəmiyyətə malik olduğunu deyən Hafiz Paşayev qeyd edib ki, regional qlobal gündəmdəki məsələləri müzakirə etmək üçün ADA Universiteti önəmli məkan hesab olunur. Burada bildirilən fikirlər daha sonra dünyanın bir çox ölkələrində məqalələr şəklində jurnallarda hətta sosial mediada işıqlandırılır.

Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev geosiyasət sahəsində mühüm addımlar atmış şəxsiyyət idi. "O, Sovet İttifaqında siyasi yüksəkliklərə çatan yeganə azərbaycanlı idi. 1990- illərdə Azərbaycan böhranın ortasında idi. Müharibə, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, iqtisadi böhran - məhz bu şəraitdə Ulu Öndər Heydər Əliyev ölkəni idarə etməyə başlayıb. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra müharibə dayandırılıb, iqtisadiyyat sabitləşdirilib", - deyə Hafiz Paşayev qeyd edib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının iqtisadi məsələlər innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov çıxış edərək, "Əsrin müqaviləsi"nin əhəmiyyətindən, Bakı-Tbilisi-Ceyhan layihəsindən Azərbaycanın təşəbbüskarı olduğu nəhəng nəqliyyat dəhlizləri layihələrinin önəmindən bəhs edib. Deyib ki, ölkəmizə 300 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycan alternativ enerji resurslarını paylaşan ölkədən tranzit ölkəyə çevrilib.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, ölkəmiz bir çox beynəlxalq, əsasən nəqliyyat tranzit sahələrə aid layihələrin təşəbbüskarı olub. Həmçinin Ulu Öndər Heydər Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əsasını qoyub.

Nazir vurğulayıb ki, hazırda dünyada baş verən hadisələr, müharibələr alternativ tranzit yollarına ehtiyacın olduğunu bir daha göstərir, bu da Orta Dəhlizin əhəmiyyətini artırır. "Son 10 il ərzində biz bir neçə yeni hava limanı inşa etdik. Hesablamalarımıza görə, qarşıdakı beş il ərzində ölkəmiz tərəfindən tranzit daşımaların həcmi 23 milyon ton olacaq. Onu da qeyd etmək lazımdır ki, Orta Dəhliz yalnız böhran zamanı alternativ olaraq görünməli deyil", - deyə Rəşad Nəbiyev əlavə edib.

Konfransın ikinci sessiyası ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şafferin moderatorluğu keçirilib.

Çıxış edənlər - ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Mətyu Brayzə, Özbəkistan Ali Məclisinin Senatı sədrinin birinci müavini Sadıq Safayev, Gürcüstanın ABŞ-da Kanadada sabiq səfiri Tedo Caparidze, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Bolat Nurqaliyev ABŞ Dövlət Departamentinin Avropa Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel qeyd ediblər ki, gənc Azərbaycan dövlətini xaos dolu illərdən çıxararaq ayağa qaldırdığına görə Heydər Əliyevin fəaliyyəti hər zaman yüksək dəyərləndirilir.

Bildirilib ki, Heydər Əliyev sovet dövründə çox önəmli vəzifələrə yüksəlib İttifaqda özünün siyasi müdrikliyinə görə tanınıb.