ADA Universitetində 10-cu Beynəlxalq Festival
Elm və təhsil

ADA Universitetində 10-cu Beynəlxalq Festival

İyunun 17-də ADA Universitetində 40-a yaxın ölkənin səfirinin iştirakı ilə ənənəvi beynəlxalq festival keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd müxtəlif mədəniyyətlərlə tanışlıq və mədəniyyətlərarası dialoq yaratmaqdır.

Universitetin yerli və xarici tələbələrini, ADA icması üzvlərini bir araya gətirən tədbirdə təmsil edilən ölkələrin mədəni xüsusiyyətləri, zəngin irsi nümayiş etdirilib.

ADA Universitetinin kampusunda açıq havada keçirilən festivalda 300-dək tələbə iştirak edib.

Universitetin multikultural dəyərlərini və buradakı beynəlmiləl mühiti əks etdirən festivalda xarici ölkələri təmsil edənlər onlar üçün ayrılmış xüsusi stendlərdə mədəni irsləri barədə məlumat veriblər.

AZƏRTAC