ADA Universiteti ilə Gürcüstanın üç universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb
Elm və təhsil

ADA Universiteti ilə Gürcüstanın üç universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb

Tbilisidə səfərdə olan Azərbaycanın elm təhsil naziri Emin Əmrullayev mayın 18- Gürcüstanın təhsil elm naziri Giorgi Amilaxvari ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev digər rəsmi şəxslər iştirak ediblər.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Hər iki ölkədə Azərbaycan gürcü dillərində tədris aparılan məktəblərin fəaliyyəti, bu məktəblər üçün dərsliklərin qarşılıqlı mübadiləsi müzakirə mövzusu olub. Eyni zamanda, tələbə şagird mübadiləsinin vacibliyi vurğulanıb.

Sonda ADA Universiteti ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Gürcüstan Texniki Universiteti Kutaisi Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Sənədləri ADA Universitetinin rektoru Hafiz Paşayev Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, Gürcüstan Texniki Universitetinin, Kutaisi Beynəlxalq Universitetinin rektorları imzalayıblar.

Görüşdən sonra Emin Əmrullayev Hafiz Paşayev Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar.