ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb
Elm və təhsil

ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.

AZƏRTAC xəbər verir ki, iyunun 21-də keçirilən seminar “Al Jazeera” Media İnstitutunun nümayəndə heyəti iştirak edib.

Seminar çərçivəsində ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

Sonra “Al Jazeera”nın baş müxbiri Resul Serdar Ataş, menecerləri Rene Odeh və  Montaser Marai “Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi”, “Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.

Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvlərinin iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli,  həm də xarici, o cümlədən  “Al Jazeera” və “Haber Global”ın  mütəxəssisləri təcrübələrini bölüşəcəklər.

AZƏRTAC