AÇG və Şahdəniz üzrə gəlirlər 157  milyard ABŞ dolları  keçib
İQTİSADİYYAT

AÇG və Şahdəniz üzrə gəlirlər 157  milyard ABŞ dolları  keçib

Dövlət Neft Fondu Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri açıqlayaraq bildirir ki, 2021-ci ilin oktyabr  tarixinə, 2001-ci ildən etibarən Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 153 milyard 372 milyon ABŞ dolları təşkil edib. Məlumatı Dövlət Neft Fondu yayımlayıb.

2021-ci ilin 9 ayı ərzində AÇG yatağından  3 milyard 966,8 milyon ABŞ dolları gəlir daxil olub.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 996 milyon ABŞ dolları təşkil edib. 2021-ci ilin 9 ayında Fonda Şahdəniz yatağından (qaz və kondensat)  329 milyon 131 min ABŞ dolları daxil olub. O  cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 109 milyon 89 min ABŞ dolları təşkil edib.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.