ABŞ-ın üç şəhərində 26 fevral
Diaspora

ABŞ-ın üç şəhərində 26 fevral "Xocalının Anım Günü" elan olunub

ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhərlərinin merləri 26 fevral tarixini "Xocalının Anım Günü" kimi tanıyıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mitç Kolvin, Eleyn M. O'Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə Apeks, Darem, Fayetvill şəhərlərində, eyni zamanda, dünyada yaşayan Azərbaycan icması tərəfindən hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin dərin hüzn, kədər hissi ilə yad edildiyi qeyd olunub.

Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının töhfə verdiyinə diqqət cəlb edilib.

Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul olunub.

AZƏRTAC