Abiel Elson Mavere: Azərbaycan dövləti gənclərə böyük dəstək göstərir
MÜSAHİBƏLƏR

Abiel Elson Mavere: Azərbaycan dövləti gənclərə böyük dəstək göstərir

Bu, mənim indiyədək iştirak etdiyim ən yaxşı sammitlərdən biridir. Tədbirləri belə yüksək səviyyədə təşkil etmək böyük məsuliyyət tələb edir. Azərbaycan bu istiqamətdə böyük işlər görüb. Prezident İlham Əliyevin Sammit iştirakçılarına müraciəti onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənclərə böyük dəstək göstərir. Bu, çox müsbət haldır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclərin Sammitində iştirak edən Zimbabve təmsilçisi Abiel Elson Mavere jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, beynəlxalq səviyyədə gənclər arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Müxtəlif ölkələrdən olan gənclərin bir araya gəlməsi və müxtəlif mövzularda müzakirələr aparması mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC