9 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə ümumilikdə 73,6 milyon manat vəsait daxil olub
İQTİSADİYYAT

9 ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə ümumilikdə 73,6 milyon manat vəsait daxil olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, qurum tərəfindən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 48 hərrac keçirilib.

Hərraclarda 14 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi və obyekti, 2 yarımçıq tikili, 410 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 322 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə "Elektron hərrac" proqram təminatı vasitəsilə 86 onlayn qoşulma reallaşıb. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində hərrac vasitəsilə 24 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ümumilikdə 3.170 yeni icarə müqaviləsi bağlanılıb.

Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 73,6 milyon manat vəsait büdcəyə daxil olub.

 Nəriman CAVADOV,

"Respublika".