26-cı Avrasiya İqtisadi Zirvə toplantısı
Digər xəbərlər

26-cı Avrasiya İqtisadi Zirvə toplantısı

Türkiyə

İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26- Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib. 44 ölkənin iştirakı ilə "Güvənsizliyi bitir, işbirliyinə başla" devizi altında baş tutan tədbirdə ölkəmizi energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə çıxış edən Pərviz Şahbazov ilk öncə Prezident İlham Əliyevin Zirvə iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxuyub. Azərbaycan liderinin təbrik məktubunda bildirilib: ''Builki toplantı qardaş Türkiyə üçün ağrılı bir dövrə təsadüf edir. Zəlzələ qurbanlarının xatirəsini böyük kədər hissi ilə anır, güclü qüdrətli Türkiyənin bu çətinliklərin öhdəsindən mətinliklə gələcəyinə inanıram.

Əminəm ki, qardaş xalqlarımızın iradəsi ilə ən yüksək zirvədə qərarlaşmış Azərbaycan-Türkiyə münasibətləri yeni nailiyyətlərlə daha da möhkəmlənəcək, birgə fəaliyyətimiz beynəlxalq əhəmiyyətli təşəbbüsləri reallığa çevirərək Avrasiyada siyasi iqtisadi əhəmiyyətli inteqrasiya prosesinə töhfə verəcəkdir''.

 Energetika naziri 26- Avrasiya İqtisadi Zirvəsində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sessiyada çıxışı zamanı deyib: "Türkiyə ilə yüksək münasibətlər, enerji layihələrində birgə iştirak ulu öndər Heydər Əliyevin fəaliyyətində strateji prioritetlər idi". Nazir ulu öndərin mənəvi amillər əsasında iki dövlət arasında siyasi iqtisadi münasibətlərin yüksəlişinə güclü zəmin yaradan, "bir millət, iki dövlət" ifadəsini bütün sahələrdə əməkdaşlığın əsas prinsipinə çevirən fəaliyyətindən bəhs edib.

Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin başqa dövlətlərlə olan əlaqələrdən fərqləndirilməsi Heydər Əliyevin siyasətində strateji xətt olub. "Əsrin müqaviləsi"ndə türk şirkətinin 1,75 faizlik payının Azərbaycanın payı hesabına 6,75 faizə çatdırılması, həmçinin "Şahdəniz" yatağında iştirak payının 9 faizdən 19 faizə yüksəldilməsi məhz Türkiyə ilə enerji tərəfdaşlığına verilən önəmin göstəriciləridir.

P.Şahbazov qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafında, dünyaya inteqrasiyasında Türkiyəni etibarlı körpü olaraq görürdü: "Ulu Öndər Azərbaycanın əsas enerji layihələrində Türkiyənin iştirakı məsələsində, enerji resurslarının nəqli marşrutlarının məhz Türkiyədən keçməsində qətiyyət göstərirdi. Çünki Heydər Əliyev böyük siyasətçi olaraq əmin idi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji təhlükəsizliyi layihələrinin mürəkkəb geosiyasi məkanda, regional münaqişələr maraqlar toqquşması şəraitində gerçəkləşməsi üçün Türkiyənin iştirakı vacibdir".

 "Yeni nizamın təsirləri: Siyasiləşdirilmiş enerji təchizatı böhranı dəyişikliklərin xəbərçisidirmi?" mövzusunda panel sessiyada energetika nazirinin müşaviri Zəminə Əliyeva çıxış edərək enerji geosiyasətin bağlılığında enerji çatışmazlığını, enerji tədarükü sistemində pozulmaları, neft-qaz axınları xəritəsinin yenidən tərtib edilməsini yeni enerji nizamının göstəriciləri kimi qeyd edib. Bildirilib ki, belə bir enerji düzənində prioritet məsələ enerji təhlükəsizliyidir. Neft-qaz resurslarından, onların təchizatçılarından asılılığa son qoyulması, təchizat boşluğunu qaza tələbatın azaldılması ilə kompensasiya cəhdləri dayanıqlı enerji təhlükəsizliyinə zəmanət vermir. Ona görə yaşıl enerji layihələrinə investisiyalar artırılarkən neft-qaz sektorunda investisiya boşluğunun həlli düşünülməlidir. Bir mənbədən asılılığın riskli olduğu, bu səbəbdən təbii qaz bərpaolunan enerjidən istifadənin vəhdətdə inkişafının gözlənilməz risklərdən sığortalanmağın qarantı ola biləcəyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan bu gün Avropanın enerji təchizatını şaxələndirən ölkədir. Azərbaycan kritik dövrdə qısamüddətli missiyasını Türkiyə ilə enerji birliyinin nailiyyəti olan Cənub Qaz Dəhlizi sayəsində uğurla yerinə yetirib. İndiyə kimi TANAP TAP vasitəsilə Türkiyə Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib".

Zəminə Əliyeva bildirib ki, ölkəmiz irəlidə xarici investorlarla birgə reallaşdırılan ümumi gücü 25 QVt-dan çox bərpaolunan enerji layihələri ilə Avropanı yaşıl enerji yaşıl hidrogen ilə təchiz etməyi planlaşdırır. Bu məqsədlə gündəmdə olan əsas layihələr haqqında danışılıb vurğulanıb ki, bütün bunlar Azərbaycanın tərəfdaşlarının enerji ekoloji təhlükəsizliklərinə töhfə verən uğurlu enerji siyasətinin daha bir təsdiqidir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin  Türkiyə üzrə müxbiri.