23 mindən çox şəxs imtahan verəcək
Elm və təhsil

23 mindən çox şəxs imtahan verəcək

2023-cü il mayın 7-də cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan keçiriləcək.

Respublika-news.az Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, eyni gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada aparılacaq. 

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Nəzrin CAVADZADƏ.