2  Fevral-Gənclər  günü  münasibətilə  tədbir
Region

2  Fevral-Gənclər  günü  münasibətilə  tədbir

İmişli  rayonu  Heydər  Əliyev  mərkəzində  2   Fevral – Gənclər  Günü  ilə bağlı  “Heydər  Əliyev  və Azərbaycan  gəncliyi” mövzusunda  tədbir  keçirildi.  Tədbirdə  İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı Elçin  Rzayev,  Yeni  Azərbaycan  Partiyası  İmişli  Rayon  Təşkilatının  sədri  Səfa  Ağayev,  rayonun  hüquq-mühafizə  orqanlarının  rəhbərləri,  təhsil, səhiyyə,  idarə,  müəssisə  və  təşkilatların  nümayəndələri,  rayonun  ictimai-siyasi  və  mədəni  həyatında  fəallığı  ilə  seçilən  gənclər  iştirak  edirdi. 

Tədbirdə  çıxış  edən  İmişli  Rayon  İcra  Hakimiyyətinin   başçısı  Elçin  Rzayev  qeyd  etdi  ki,  Azərbaycanda  2  fevral  tarixinin – Gənclər  Günü  kimi  qeyd  olunması  müdrik  siyasi  lider  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Əsası  ulu  öndər  Heydər  Əliyev  tərəfindən  qoyulan  gənclər  siyasəti  bu  gün  ölkə  Prezidenti  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilir.  Cənab  İlham  Əliyevin  rəhbərliyi  ilə  həyata  keçirilən  gənclər  siyasəti  Azərbaycan  gəncliyinin  inkişafına  təkan  vermiş,  onların  cəmiyyətdə  özlərini  təsdiq  etməsində  mühüm  rol  oynamışdır. Sevindirici  haldır  ki, Birinci  vitse-prezident  Mehriban  xanım Əliyeva  da  həm  özünün  ictimai-siyasi  fəaliyyətində,  həm  də  rəhbərlik  etdiyi  Heydər  Əliyev Fondunun   həyata  keçirdiyi  bütün  tədbirlərdə  yetişməkdə  olan  gənc nəslin  sağlamlığını,  intellektual və  fiziki  inkişafını  daim  diqqət  mərkəzində  saxlayır.  

YAP  İmişli  rayon  təşkilatının  sədri  Səfa  Ağayev,  rayon  prokuroru  Valeh  Səmədov  və  digər  çıxış  edənlər  gənclərin  dövlətimizə,  millətimizə  layiqli,  sağlam   və  ən  əsası vətənpərvər  bir  vətəndaş  kimi  formalaşmasını  arzu  etdilər.  Tədbirin  sonunda  İmişli  Rayon  İcra Hakimiyyəti  başçısı tərəfindən  “Fəxri  Fərman”lar  gənclərimizə  təqdim  edildi. 

Ərəstun  ABDULOV,

 “Respublika”.