SƏYYAR GÖRÜŞLƏR MƏMNUNLUQLA QARŞILANIR
Region

SƏYYAR GÖRÜŞLƏR MƏMNUNLUQLA QARŞILANIR

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi artıq ənənə halına çevrilib. Şəhər rəhbəri ölkə başçısının müvafiq tapşırıqlarına və tövsiyyələrinə əsasən sakinlərlə yaşadıqları ərazilərdə görüşür, onları narahat edən məsələlərlə yerində tanış olur və operativ müvafiq tədbirlər görülür. 

Baş tutan növbəti görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, İcra aparatının məsul əməkdaşları, idarə rəhbərləri, ictimaiyyət nümayəndələri, Nizami, H.Əliyev, N.Nərimanov küçələrinin sakinləri iştirak ediblər. Görüşdə 75 nəfər iştirak edib.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və Mingəçevir şəhərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işlərindən əhatəli danışaraq bildirib ki, Mingəçevir şəhərində məhəllələrdə əsaslı təmir işləri aparılır, nümunəvi məhəllələr yaradılır, yeni park və istirahət məskənləri salınır. Bütün bu işlər sakinlərin rahatlığının təminatı üçün nəzərdə tutulur. Şəhər sakinləri ilə səyyar görüşlərin keçirilməsinin əsas məqsədi vətəndaşların sosial-məişət qayğılarını öyrənmək, narahat edən problemlərin həllinə nail olmaqdır.      

Görüşə gələn vətəndaşların müraciətləri  və təklifləri fərdi qaydada dinlənilib. Vətəndaşların müraciətləri əsasən, ağacların budanması, həyətlərin abadlaşdırılması, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, iş ilə təminat və s. məsələlərlə bağlı olub.Şəhər rəhbəri İlham İsmayılov qaldırılan problemləri diqqətlə dinlədikdən sonra, sakinlər tərəfindən dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb.

                             Zabit XƏLİLOV,  

  “Respublika”.