Təcili və təxirəsalınmaz tədbirlər
Digər xəbərlər

Təcili və təxirəsalınmaz tədbirlər

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. 6 iyun FHN Mətbuat xidmətinin məlumatında bildirilir.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib, bağlı qapı arxasında aşkar olunun 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Həmçinin, Ağsu rayonunda "КамАЗ" markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

“Respublika”.