AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"Tass": Azərbaycan Ermənistanın kəşfiyyat fəaliyyətinin qarşısını alıb

Rusiyanın "TASS" xəbər agentliyi mövqelərimiz üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərən kvadrokopterin fəaliyyətinin Azərbaycan Ordusu tərəfindən qarşısının alınması barədə məlumat yayımlayıb. Müdafiə Nazirliyinə istinadən bildirilən xəbərdə, erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım qəsəbəsi yaxınlığındakı mövqelərinin atəşə tutulduğu da bildirilib.

 

"Devdiscourse": Azərbaycan Dünya Bankı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 2 milyon dollarlıq saziş imzalayıb

"Devdiscourse" informasiya portalı Azərbaycanla bağlı məlumat yayımlayıb. Məlumatda Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) Dünya Bankı ilə "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsini maliyyələşdirmək üçün 2 milyon ABŞ dolları dəyərində qrant Sazişi imzalandığı qeyd olunub. Layihənin məcburi köçkün ailələri üçün vətəndaş fəallığını, texniki bacarıqları gəlir əldə etmək imkanlarını artırmaq məqsədi daşıdığı bildirilir. Xəbərdə, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Mayklın fikirləri vurğulanıb. Sara Maykl bildirib ki, təmsil etdiyi qurum bu yeni qrant vasitəsilə Azərbaycanda məcburi köçkün icmalarına göstərdiyi uzunmüddətli dəstəyi davam etdirməkdən çox məmnundur. "Bu gün bir çox məcburi köçkünlərin öz evlərinə qayıtma perspektivinin olduğu şəraitdə, biz ümid edirik ki, bu layihənin icrasından əldə olunan nəticələr məcburi köçkünlərin daha firavan gələcəyi naminə ehtiyac duyulan bir çox xidmətlərin gücləndirilməsinə kömək edəcək", - deyə menecer diqqətə çatdırıb.

 

"TRT Haber": Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hakan Fidanı Bakıya dəvət edib

Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Ceyhun Bayramov Hakan Fidanı ölkəmizə səfərə dəvət edib.

"TRT Haber"in məlumatına görə, yeni nazir təbriklərə xoş sözlərə görə həmkarı Ceyhun Bayramova təşəkkür edib dəvəti məmnuniyyətlə qəbul edib.

Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

"The Jerusalem Post": Ermənistan Azərbaycanla sülh sazişinin ilin sonuna qədər imzalana biləcəyini deyir

"The Jerusalem Post" xəbər saytı Azərbaycan Ermənistan arasında gedən danışıqlar barəsində xəbər yayımlayıb. Sözügedən yazıda, həmçinin qeyd edilir ki, Ermənistanın yüksək rütbəli rəsmisi qonşu Azərbaycanla 2023- ilin sonuna kimi illərdir davam edən münaqişəyə son qoyacaq sülh sazişinin imzalana biləcəyini bəyan edib.

Moskva, Vaşinqton Avropa İttifaqı ayrı-ayrılıqda Dağlıq Qarabağ anklavı üzərində son 30 ildə Azərbaycan Ermənistan arasında daimi sülhün təmin olunmasına kömək etməyə çalışıblar.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, danışıqlar çox intensiv keçib: "Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstək olarsa, o zaman ilin sonuna qədər sülh müqaviləsi əldə etmək şansı var".

 

"İnterfax": Rusiya baş nazirinin müavini Overçuk: Bakı ilə İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılmasının koordinasiyasında mühüm irəliləyiş əldə olunub

Rusiya, Ermənistan Azərbaycan baş nazirlərinin müavinlərinin görüşündə Bakı İrəvan arasında nəqliyyat kommunikasiyalarının açılmasının koordinasiyasında nəzərəçarpacaq irəliləyiş qeyd edilib.

Bunu 3 iyun 2023- il tarixində Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Bu barədə "İnterfax" saytı məlumat yayıb.

"Görüş konstruktiv şəraitdə keçib. Tərəflər məmnuniyyətlə qeyd ediblər ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması sahəsində xeyli irəliləyiş əldə edilib. Xüsusilə tərəflər arasında ümumi anlaşma əldə edilib. Yerasx-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu hərəkətinin bərpası təşkili üzrə konkret addımların atılmasına nail olunub", - deyə Overçuk bildirib.

 

"Hraparak" nəşri: Azərbaycan Ermənistan liderləri Ankarada görüşüb

Şənbə günü Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Azərbaycan Ermənistan dövlət başçılarının qısamüddətli görüşü olub.

Ermənistanın "Hraparak" nəşri TRT telekanalına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edərək, gələn həftə yenidən bir arada olmaq niyyətində olduqlarını bildiriblər. Görüşdə Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım da iştirak edib.

"Respublika".