Qəza-xilasetmə əməliyyatları
Digər xəbərlər

Qəza-xilasetmə əməliyyatları

FHN mətbuat xidmətinin məlumatında bildirilir ki, Fövqaladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 7 nəfər xilas edilib.

“Respublika”.