Rumıniya
İQTİSADİYYAT

Rumıniya

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rumıniyanın energetika naziri Virgil Daniel Popesku ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov Rumıniya ilə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan-Rumıniya iqtisadi-ticarət tərəfdaşlığı genişlənir, iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin inkişafı nəticəsində ticarət dövriyyəsi artır. Bununla belə, ölkələrimiz arasında enerji, nəqliyyat-tranzit, sənaye s. sahələrdə əməkdaşlığın inkişafı imkanları böyükdür. Nazir iki ölkənin biznes subyektlərinin qarşılıqlı faydalı əməkdaşlığını, SOCAR-ın Rumıniyada səmərəli fəaliyyətini qeyd edib.

Virgil Daniel Popesku ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, son zamanlar əlaqələrin daha da intensivləşdiyini qeyd edib, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika sahəsində əməkdaşlığın gücləndirilməsi qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.