Şəhidlərin xatirəsinə ehtiram
Sosial həyat

Şəhidlərin xatirəsinə ehtiram

Mayın 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq xanımı Mixal Hersoq Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsrailin Azərbaycanın Dövlət himnləri səsləndirildi.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən İsrail Prezidentinə xanımına Şəhidlər xiyabanının tarixi şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

AZƏRTAC