Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb
Digər xəbərlər

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb

Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikasının böyük inkişaf yolu keçdiyi bunun təzahürü olaraq qardaş Türkiyə xalqının ölkənin hərtərəfli çiçəklənməsi yolunda öz liderinin genişmiqyaslı fəaliyyətini xidmətlərini yüksək qiymətləndirdiyi, bu seçkilərdə ona etimad göstərildiyi vurğulanıb.

Milli iradənin demokratiyanın təntənəsi olan bu səsvermənin nəticələrinin Azərbaycanda da böyük sevinc coşqu ilə qarşılandığı diqqətə çatdırılıb.

Möhkəm təməllər üzərində qurulmuş, qarşılıqlı inama, etimada, dəstəyə əsaslanan dövlətlərimizin başçılarının rəhbərliyi ilə bu gün müttəfiqliyin strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatmış Azərbaycan-Türkiyə dövlətlərarası münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə hər iki ölkənin xalqlarının rifahına xidmət göstərəcəyinə əminlik ifadə olunub.