Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir
Digər xəbərlər

Raket və Artilleriya Qoşunlarında keçirilən təlimlər davam edir

Bu ilin hazırlıq planına əsasən, ümumqoşun poliqonunda Raket Artilleriya Qoşunlarının bölmələrində keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərini tutaraq qurğuların döyüş tətbiqinə hazırlanması icrası üzrə nəzərdə tutulan tapşırıqları normativə uyğun yerinə yetiriblər.

Vətən müharibəsi son əməliyyatlarda q

azanılan təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun keçirilən təlimlərdə bölmələr reaktiv yaylım atəşi sistemi özüyeriyən haubitsalardan nümunəvi döyüş atışları icra ediblər.

Döyüş atışlı taktiki təlimlərdə şərti düşmənin idarəetmə məntəqələrinin, canlı qüvvəsinin digər hədəflərinin aşkar edilməsi, eləcə müəyyənləşdirilərək məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar peşəkarlıqla icra olunub.