İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Ölkə birinciliyi başa çatdı

2009-2010-cu il təvəllüdlü uşaqlar arasında badminton üzrə ölkə birinciliyinə yekun vurulub. Yarışda Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Siyəzən Qusardan 46 oğlan 35 qız iştirakçının 5 kateqoriya üzrə qalibləri müəyyənləşib.

Oğlanların yarışında Əli Gözəlov, qızlarda Leyla Camalzadə şəxsi, Əli Gözəlov - Fazil Quliyev qoşa, qızlarda Leyla Camalzadə - Aysu Kərimzadə qoşa, Əli Gözəlov - Leyla Camalzadə qarışıq qoşa yarışlarında birinci yerə layiq görülüblər.

Gənclər İdman Nazirliyi Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin mükafatçıları diplom medallarla təltif olunublar.

 

"Bakı-2023": Taekvondo üzrə dünya çempionatı

Paytaxtımızda  "Öz gücünü alovlandır" şüarı altında taekvondo üzrə 26- dünya çempionatı yarışları keçirilir. İyunun 4-dək davam edəcək çempionatda 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparır. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.  

Çempionatın birinci günündə kişilər 68, qadınlar isə 57 kiloqram çəki dərəcəsində medallar uğrunda mübarizə aparıblar. Kişilərin yarışında Böyük Britaniya təmsilçisi ikiqat dünya çempionu olub. Bürünc medalları isə özbəkistanlı Uluqbek Raşitov İran idmançısı Matin Rezaei qazanıblar. Azərbaycan təmsilçisi Cavad Ağayev mübarizəni 1/16 final mərhələsində dayandırıb. Qadınların mübarizəsində isə 17 yaşlı Luana Marton dünya çempionu olub.

 

"Baku Sailing Regatta-2023"

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yelkən idman növü üzrə "Baku Sailing Regatta-2023"ə yekun vurulub. Yarış "Xəzər bizi səsləyir" devizi ilə Bakı buxtasında təşkil olunub. 39 yelkənçi altı sinif ("Optimist", "Optimist Qızlar", "Optimist Junior", "ILCA 4", "ILCA 6", "ILCA 7") üzrə yarışıb. Onlar arasında Gürcüstan yelkənçiləri olub. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Baku Sailing Regatta" üçüncü dəfədir ki, təşkil olunur.

Nərgiz İSMAYILOVA,

"Respublika".