Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyevdən
Məktublar

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını respublikanızın suverenliyini, qüdrətini, parlaq tarixini, azərbaycanlılara xas olan həmrəyliyi və birliyi təcəssüm etdirən Müstəqillik Günü münasibətilə təbrik edim.

Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ən irimiqyaslı layihələri həyata keçirərək, vətəndaşların rifahını yüksəldərək, regionda və dünyada nüfuzunu və təsirini daim artıraraq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir.

Əminəm ki, Sizin müdrik siyasi kursunuz sayəsində ölkələrimiz arasında çoxdan mövcud olan möhkəm qarşılıqlı etimad və dostluq ənənələrinə, strateji tərəfdaşlığa, humanitar və iqtisadi əməkdaşlığa əsaslanan mehriban qonşuluq münasibətləri Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün istiqamətlərdə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar bayram günündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikası naminə yeni-yeni nailiyyətlər və qələbələr üçün tükənməz enerji, hər bir Azərbaycan ailəsinə daimi firavanlıq və tərəqqi, sülh və səadət arzulayıram.

Hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı,

Azərbaycan Respublikasının parlamenti ilə dostluq qrupunun əlaqələndiricisinin müavini