MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Taybey-101" göydələni

ayvanın Taybey şəhərində inşa olunan "Taybey-101" göydələni dünyanın ən hündür binalarından biridir. Ənənəvi Asiya müasir Avropa elementlərini özündə birləşdirən layihə təkcə estetik baxımdan deyil, həm praktiki cəhətdən çox unikaldır.

"Thornton-Tomasetti Engineering" "Evergreen Consulting Engineering" memarlıq bürosunun dizaynerləri tərəfindən layihələndirilən göydələndə bir çox yeni avadanlıq texnologiyalardan istifadə edilib. Bütün bu mexanizmlər "Taypey-101" sahiblərinə 4 000 000 dollara başa gəlib. Təməli 1998-ci il yanvarın 13- qoyulan binanın rəsmi açılışı 2004- ildə baş tutub. Planetin ən təhlükəsiz göydələni ölkədə baş verən güclü küləklərə tab gətirməsi üçün  xüsusi amortizasiya sistemi ilə təchiz olunub.

"Şaquli şəhər" adlandırılan göydələnin ümumi sahəsi 412000 kvadratmetrdir. 101 mərtəbədən ibarət binanın 5 mərtəbəsi yerin altında yerləşir. Burada ikimərtəbəli ən sürətli lift sayəsində müşahidə göyərtəsinə cəmi 37 saniyəyə çatmaq mümkündür. Xarici platforma 91-ci mərtəbədə, 391,8 metr hündürlükdə, ikinci müşahidə göyərtəsi isə 89-cu mərtəbədə yerləşir.

2006- ildə "Newsweek" jurnalında dərc olunan məqalədə "Taybey-101" göydələninin dünyanın yeni yeddi möcüzəsi adına layiq görülə biləcək tikililərdən biri olduğu qeyd edilib.

 

"Mother Goose House"

ərb nağıllarının məşhur personajının yaşadığı "Mother Goose House" ABŞ-ın Kentukki ştatının Hazard şəhərində inşa olunub. Yerli sakin Corc Steysi tərəfindən binanın tikinti işlərinə 1935-ci ildə başlanılıb. Tikintisi 1940- ildə başa çatan evi C.Steysi öz həyat yoldaşı dörd övladı üçün tikdirib

Hündür ağacların olduğu ərazidə tikilən bu maraqlı evin aşağı hissəsinin üzlüyü qum daşından, qaz tükünə bənzəyən dam hissəsi isə xüsusi hazırlanmış diyircəkli plitələrdən yığılıb. Hündürlüyü 4,5 metr olan "qaz" yuvasına bənzəyən "Mother Goose House" oval formada layihələndirilib. Dairəvi pəncərələr oval qapı qaz yumurtalarını xatırlatdığı üçün çox maraqlı mənzərə ortaya çıxıb. Evdə üç yataq   qonaq  otağı, mətbəx, vanna otağı geniş hol var. Evin digər giriş hissəsini isə ailə mağaza kimi istifadə edir.

Yerli əhali, eləcə turistlər bu şirin evi görmək üçün Hazard şəhərinə gəlir, orada yaşayan Mira Loqan Saymoredən evin tarixçəsini öyrənir xatirə şəkilləri çəkdirirlər

 

"Möcüzəli anbar"

onoli ailəsinə məxsus "Möcüzəli anbar" İrlandiyanın Leikslip şəhərində inşa olunub. Kildare qraflığında Leikslip Celbridj  şəhərləri arasında yerləşən abidəni  Uilyam Konollinin dul arvadı Ketrin Konollin sifariş verib.

"Möcüzəli anbar" adlı qədim memarlıq abidəsinin hansı məqsədlə tikilməsi ilə bağlı bir çox fikir ayrılıqları var. Bəzilərinin fikrincə, abidə  quşlar üçün yuva, digərlərinə görə isə taxıl anbarı məqsədilə tikilib.

Gürcü memarlıq üslubunda tikilən abidənin inşasında qırmızı kərpicdən istifadə edilib. Xüsusi boz daşlarla üzlənmiş tikilinin hündürlüyü 60 metrdir. Qeyri-adi formaya malik tarixi abidənin aşağı hissəsinin diametri 35, ən hündür hissəsinin diametri isə 11 metrdir. 7 mərtəbədən ibarət "Möcüzəli anbar"ın spiral şəklində pilləkəni binanın fasadı boyunca yüksəlir. Məhz bu memarlıq anomaliyası da bütün struktura optik illüziya verir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".