MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Yas mərasimlərində niyə qara geyinilir?

Adətən yas mərasimlərinə gedərkən insanların çoxu qara rəngli geyimlərə üstünlük verir. Heç düşünmüsünüzmü niyə məhz bu rəngdən istifadə edilirYəqin çoxlarınız  düşünürsünüz ki, bunun səbəbi qara rəngin bədbəxtliyi ya ölümü simvolizə etməsidir. Əslində, bu, qismən doğru olsa da, yeganə səbəb  deyil...

İşığı bütün rəngləri özünə çəkən qara rəng adətən gücü, ehtirası, nəcibliyi, tənhalığı, sirri sadəliyi simvolizə etsə , bəzən itkinin, üsyanın da rəmzi hesab edilir. Dəfn mərasimlərində qara rəngdən istifadə edilməsinin səbəblərindən biri elə budur. Lakin hüzr mərasimlərində , sarı, qırmızı digər rənglərə üstünlük verən mədəniyyətlər var. Belə ki, Hindistan Çində saflığı simvolizə etdiyi  üçün yas mərasimlərində rəngə üstünlük verilir. Cənubi Afrika Qana Respublikasında dəfndə  qırmızı, Taylandda bənövşəyi, Myanmada sarı, İranda isə mavi rəngli libas geyinilir.

Yas mərasimlərində qara rəngə üstünlük verilməsinin digər bir səbəbi var. Bu dəbin yaranmasının tarixi  1837-1901-ci illərdə Böyük Britaniya İrlandiya Birləşmiş Krallığının kraliçası I Viktoriyanın dövrünə təsadüf edir. Belə ki, kraliça  həyat yoldaşı şahzadə Albertin ölümündən sonra 40 il yas saxladığı dövrdə qara rəngli libaslar geyinərək bunu bir dəb halına salır. Yeri gəlmişkən qeyd edək ki, həmin dövrdə qara rəngli geyimləri ancaq zadəganlar geyinirdi. Beləcə, həmin ölkədə ərlərinin ölümündən sonra dul   qalan qadınlar 6 ay   ya  1 il müddətində qara geyinməyə başladılar.

Sənaye İnqilabından sonra isə  boya sexlərinin inkişafı ilə əlaqədar boya istehsalı daha da ucuzlaşır xüsusilə, 1900- illərdə qara paltarlar kütləvi şəkildə istehsal olunmağa başlayır. Bu isə qara geyimin hər kəs üçün əlçatanlığını təmin edir. Bununla da  sadə insanlar belə, dəfn yas mərasimlərində qara rəngli geyimlərə üstünlük verirlər.

 

Sən demə, bir gözümüzü bağlayanda…

İtaliya almaniyalı alimlər iddia edirlər kibir gözü bağlı olanda insanlar daha yaxşı eşidə bilirlər. Elm adamlarının fikrincə, bu yolla bəzi hiss orqanları digərlərinin funksiyasının pisləşməsini kompensasiya edir.

Tədqiqat zamanı 20 könüllü üzərində təcrübə aparılıb. Bir gözü bağlanan iştirakçılardan  yanıb-sönən işığa baxmaları, həmçinin səs siqnallarını dinləmələri istənilib. Bu zaman beyindəki aktivlik elektroensefaloqramma vasitəsilə millisaniyə dəqiqliyi ilə qeydə alınıb. Araşdırmanın nəticələri gözləri bağlı olan iştirakçıların beyninin qapalı gözdən gələn vizual məlumatlara qarşı  daha həssas olduğunu göstərib. Bundan əlavə, beynin eşitmə məlumatlarını daha çox qəbul etməyə başladığı müəyyən edilib. Alimlər iştirakçıların gözlərindən lenti açdıqdan sonra vizual eşitmə məlumatlarına cavab olaraq sinir fəaliyyətinin dərhal müsbət mənada dəyişdiyini müşahidə ediblər. Tədqiqatçılarhətta bunun kiçik bir görmə pozğunluğunun görmə eşitmə arasında tarazlığa təsir etdiyinin göstəricisi olduğunu bildirib.

 

Yaz ki, tanıyım səni…

Elə insanlar var, yazı yazarkən hərfləri sanki muncuq kimi ipə düzür, elələri var ki, xətləri yazıdan başqa hər şeyə bənzəyir. Hətta bu cür yazılara el arasında "ilan-qurbağa" xətti deyilir. Əslindəyazı şəklimiz haqqımızda bir çox məlumat verə bilər. Eynilə bədən dilimiz kimi, xəttimiz xarakterimiz hətta ciddi tibbi problemlərimizlə bağlı ipucları verir.

Əgər hərfləri böyük yazırsınızsa, bu sosial, özünə inamlı olduğunuzu göstərir. Diqqəti üzərinizə çəkmək sizin üçün o qədər əhəmiyyətli deyil. Əgər yazdığınız hərflər kiçikdirsə, bəlkə bir az özünə qapalısınız. Diqqətli, hətta bir az da utancaqsınız. Detallara əhəmiyyət verir, insanların yanında özünüzü rahat hiss edə bilmək üçün ilk olaraq onları müşahidə edirsiniz. Sözlər arasında böyük boşluqlar qoyursunuzsa, güvən problemi yaşamış ola bilərsiniz. Təkliyi sevir, digər insanlarla ünsiyyət qurmaqdan çəkinirsiniz. Boşluqlar dardırsa, münasibətlər mövzusunda çox sabit olmaya bilərsiniz. Yalnızlığa dözə bilmir ətrafınızda həmişə kiminsə olmağını istəyirsiniz. Bundan əlavə, hərflər arasındakı boşluq sizin özünüzə olan etibarınızı da ifadə edir. Əgər məsafə çox kiçikdirsə, özünüzə olan güvəniniz bir o qədər azdır.

Əgər xəttiniz mailli deyilsə, bu sizin praktik, məntiqli, balanslı nəzarəti sevən biri olduğunuzu göstərir. Yazınız sağa doğru əyilirsə, idarə etməkdən çox yeni macəralara daha açıq birisiniz. Yeni insanlarla tanış olmağı dəyişiklikləri xoşlayırsınız. Yazınız sola maillidirsə deməli, tədbirli ürkəksiniz.

Nöqtəli hərflər yazarkən məsələn  "i" hərfinin nöqtəsini lap yuxarıya qoyursunuzsa, bu, sizin xəyal gücünüzün çox güclü olduğunu göstərir. Nöqtə xətt kimidirsə, həddindən artıq tənqidi müşahidəçisiniz. Davamlı olaraq öz üzərinizdə işləməklə daha çox nailiyyət qazanmaq istəyirsiniz mükəmməllik axtarışındasınız.

 

Bu quşlar həqiqətən də uğursuzluq gətirir?

Təbiətin çox maraqlı canlılarından biri bayquşlardır. Maraqlıdır ki, bu quşlar insanların  pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun isə onların uğursuzluq əlaməti hesab edilməsi xarabalıqlarda yuva qurmasından irəli gəlir.

Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Elə bu səbəbdən el arasında çox ağlayan birinə "bayquş kimi ulamadeyirlər. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Xalq inanclarında bədniyyətli quş kimi xarakterizə olunan bayquşun vahimə yaradan səsi guya, hansı zamanda məkandasa ölüm-itimin olacağına işarədir. Hətta deyirlər ki, bayquş üzünü kimin həyətinə tərəf çevirib ulayarsa, o evə ya bəla gələr, ya da ölüm. Bəs bu, həqiqətən belədirmi?   Əslində, bu, yanlış fikirdir, çünki  qədim zamanlardan bəri, yunan mifologiyasında  da bayquş müdriklik, ağıl qələbə rəmzi hesab olunur.

Ətraf mühitin müxtəlif dəyişikliklərinə qarşı yüksək adaptasiya qabiliyyəti olan bu quşların  eşitmə duyğuları o qədər güclü inkişaf edib ki, onlar ovunun yeraltında ən kiçik hərəkətini ya yarpaqların arasında tərpənməsini belə eşidirlər. Səslərə qarşı olduqca həssas olan bu canlıların qulaqlarının ətrafında yerləşən tüklər səs dalğalarını bir növ tutaraq qulaqlara ötürür. Eşitmə seyvanları insanlarınkından daha genişdir. Bayquşun qulaqlarının daha bir xüsusiyyəti isə onların bir-birinə simmetrik yerləşməməsidir. Eyni zamanda qulaqlar daxilən bir-birindən ayrıdır, yəni sağ qulaq sağ tərəfdən gələn səsi daha çox eşidir əksinə. Bir qulaq digərindən daha yüksəkdədir, bunun sayəsində bayquşlar istənilən tərəfdən gələn səsləri rahatlıqla eşidə bilirlər. Beləcə onlar səsləri super-stereo olaraq dinləyir səs çıxaran canlını görməsələr belə, onun harada olduğunu təsbit edə bilirlər.

İri  gözlərə malik olan bayquşlar mavi rəngi görə bilən yeganə quşlardır. Kəskin iri gözləri uzağı çox yaxşı görmələrinə səbəb olsa da, yaxını bulanıq görürlər. Gözlərinin iri kürəşəkilli olması isə onların gecə görməsini asanlaşdırır. Bayquşların  boyunlarının skelet quruluşu  digər quşlardan fərqləndiyi üçün onlar başlarını 270 dərəcə fırlada bilirlər. Bu da onların gözlərinin ancaq qarşıya doğru baxa bilməsi ilə bağlıdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".