Xatirələrdə yaşayanlar
Sosial həyat

Xatirələrdə yaşayanlar

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu gün vətənin göylərində ruhu dolaşan şəhidlərdən biri Ramil Ağayevdir.

Ramil Ağarəhim oğlu Ağayev  20 sentyabr 1994- ildə Sabirabad rayonunda dünyaya gəlmişdi. Ailənin yeganə övladı idi. Valideynləri dünyaya gəlişini çox gözləmişdilər onun. Könüllərə sevinc bəxş edən bu körpə hamının sevimlisi idi. Hər tərəfdən məhəbbət qayğı ilə böyüyüb. 2000-ci ildə ilk dəfə məktəb kandarına ayaq basanda ata-ananın sevincinin həddi-hüdudu olmamışdı

O, orta məktəbi yaxşı qiymətlərlə başa vurub, 2012-ci ildə Memarlıq İnşaat Universitetinin Memarlıq fakültəsinə daxil olur. Özünün müsbət keyfiyyətləri ilə xarakterizə olunan Ramili oxuduğu təhsil ocağında da sevir, hörmət edirdilər. 2016- ildə ali təhsilini uğurla başa vuran gənc memar vətən qarşısında borcunu vermək üçün həqiqi hərbi xidmətə yollanır...

Hərbi xidmətini Biləcəridəki "N" saylı hərbi hissədə sürücü kimi keçirən Ramil özünün nümunəvi davranışı, bacarığı ilə komandanlığın hörmətini qazanmışdı. Əsgərliyini başa vurub geri dönərək Abşeron rayon Digah qəsəbə icra nümayəndəsinin müavini kimi işə başlayır. Ünsiyyətçilliyi, mehribanlığı onun əhali arasında hörmət nüfuzunu qaldırır. Hər bir vətəndaşın problemini özününkü hesab edən bu gənc memar tezliklə vəzifə pilləsində yüksələ bilir. Abşeron Rayon İcra Hakimiyyətində böyük məsləhətçi kimi işə qəbul edilir...

Torpaqlarımızın düşmən əlində olması, son vaxtlar isə erməni tərəfinin daha da həyasızlaşaraq sərhədyanı bölgələrin dinc azərbaycanlı əhalisini atəşə məruz qoyması, bu zaman günahsız insanların qətlə yetirilməsi onun da səbrini daşırır, düşmənə olan kin nifrət hissini daha da artırırdı. Hiss edirdi ki, Azərbaycanın ayağa qalxacağı, düşmənin layiqli cavabını verəcəyi gün uzaqda deyil...

Vətən müharibəsi başlanarkən Ramil Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsi tərəfindən səfərbərliyə çağırılır canı qədər sevdiyi vətənin müdafiəsinə qalxır. Döyüşlərə Füzuli istiqamətindən başlayan Ramil düşmənin qurduğu istehkamların yarılmasında, canlı qüvvəsinin məhv edilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında xüsusi igidlik qəhrəmanlıq göstərir.

13 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanaraq şəhidlik məqamına yüksəlib qanı ilə tarix yazan oğullardan biri olur. Sevdiyi Vətənin ərazi bütövlüyü uğrunda şəhid olan Ağayev Ramil Ağarəhim oğlu Sabirabad rayonunda torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Bir qızı Vətənə əmanətdir.

Bu gün şəhidlik zirvəsinə ucalan hər bir vətən övladlarının mübarizliyi həm Azərbaycan  xalqının tarixində qəhrəmanlıq salnaməsidir.  

M.MİRZƏ,

"Respublika".