Bir millət, iki dövlət, bir yumruq
Türk dünyası

Bir millət, iki dövlət, bir yumruq

Qardaş Türkiyə Azərbaycanın müstəqilliyini 9 noyabr 1991-ci ildə tanıyıb. Azərbaycan Türkiyə arasındakı diplomatik əlaqələr isə 14 yanvar 1992-ci ildə qurulub. Bu 31 ildə iki ölkə arasındakı münasibətlər böyük inkişaf yolu keçib.

Hazırda dünyada Azərbaycan Türkiyə kimi dost, qardaş, yaxın müttəfiq olan dövlətlər yoxdur. Qardaş ölkə ilə münasibətlərin yüksək səviyyəyə çatdırılması ümummilli lider Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu gün bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindəndir. İlham Əliyev Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri hər iki ölkə arasında dostluq bağlarının daha da möhkəmlənməsinə, xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunmasına xidmət edir. Əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan ilə Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. İstər ikitərəfli, istərsə çoxşaxəli beynəlxalq təşkilatlar çərçivəsində dostluq əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini yaradan Azərbaycan Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun inkişafına da mühüm töhfələr verir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib.

Azərbaycanın Türkiyənin birgə həyata keçirdikləri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən digər xalqlar da faydalanır. Qeyd etmək lazımdır ki, İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında dostluq münasibətləri iki ölkəni müttəfiqlik zirvəsinə daşıyıb. Belə ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Türkiyə Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. Qarabağın işğaldan azad edilməsi üçün aparılan Vətən müharibəsində Türkiyə "bir millət, iki dövlət" prinsipinə uyğun davranaraq Azərbaycana dəstək oldu. Türkiyənin göstərdiyi böyük siyasi mənəvi dəstək nəticəsində Azərbaycan torpaqlarını işğalçılardan azad etdi. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Belə ki, hələ müharibənin başlanmasının ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın Azərbaycana açıq-aydın birmənalı dəstəyini ifadə etməsi xarici qüvvələri müdaxilədən çəkindirdi. Bu 44 gün müddətində qardaş Türkiyə hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu bunu bütün tribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Zəfər paradında iki qardaş rəhbərin tarixi çıxışı qələbəmizin möhtəşəmliyini bir daha dünyaya bəyan etdi.

15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsi imzalandı. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin açılması onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib amildir.

 Xüsusi vurğulamaq lazımdır ki, bu il fevralın 6-da Türkiyənin cənubunda baş verən 7.9 bal gücündə dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ölkəmizdə dərin hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət millət olaraq səfərbər olduq. Çünki oradakı canlar bizim öz canlarımız idi. Türkiyənin qarşılaşdığı bütün çətin məqamlarda ona hər cür dəstək yardım göstərən Azərbaycan bu çətin zamanlarda da qardaşının köməyinə çatan ilk ölkə oldu. Ölkə başçısı İlham Əliyevin Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə fevralın 8- Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsi oldu. Ortaq dəyərlərimiz, tarixi köklərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir güclənir. Məhz bu sarsılmaz, əbədi əzəli birliyimizin gücü ilə bütün çətinliklərin, problemlərin öhdəsindən layiqincə gəlirik gələcəyik.

Bu il aprelin 29-da Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən TEKNOFEST aerokosmik texnologiya festivalında iştirak etdilər. Qeyd edək ki, bu festival ötən il Bakıda keçirildi Türkiyə ilə Azərbaycan rəhbərləri paytaxtımızda keçirilən festivalda birlikdə çıxış etdilər. TEKNOFEST-in Türkiyədən kənarda ilk olaraq ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, Azərbaycan Türkiyə daim birlikdədir bu qardaşlıq daim belə davam edəcək. Beləliklə, Heydər Əliyevin "Bir millət, iki dövlət" konsepsiyası İlham Əliyev tərəfindən "Bir millət, iki dövlət, bir yumruq" olaraq uğurla davam etdirilir. Bunu Prezident İlham Əliyev TEKNOFEST-dəki çıxışı zamanı özü bildirdi.

Nuranə DAXİLQIZI,

"Respublika".