GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

HAŞIM TƏRLAN

Əslən Sərabdandır. 1923- ildə Bakıda fəhlə ailəsində anadan olub, orta təhsilini 10 saylı orta məktəbdə alıb. Kiçik yaşlarından şeirə-sənətə böyük maraq göstərib. 1938-ci ildə bütün İranlı mühacirlər kimi, 15 yaşlı yeniyetmə Haşımın ailəsi İrana məcburi köçürülüb. Bununla da onun keşməkeşli ömrünün ikinci mərhələsi başlayıb. Bəlli səbəblər üzündən o, Sərab mahalındakı ata-baba yurdu Zəngioba - Zəngilabadda, ümumiyyətlə Güney Azərbaycanda təhsil ala bilməyib.

O, 1964- ildə Səlamullah Cavidin Tehranda təşkil etdiyi "Dostlar görüşü" ədəbi məclisinin toplantılarına qatılır məclisin ən fəal üzvlərindən biri olur.

Tərlanın ilk yaradıcılıq dövrünü əhatə edən "Alovlu şeirlər" adlı kitabı oxucuların dərin rəğbətini qazanır. Daha sonra "Araz gülür" (Təbriz, 1999), "Durnalar gələndə" (Təbriz, 1998), "Gümüş pencək" (Tehran, 2007), "Yolçu yolda gərək" (Tehran, 2004), "Zirvədə günəş" (Tehran, 2009), "Uşaqlar dünyası" adlı kitabları çap olunur.

Şair 16 noyabr 2014- ildə dünyasını dəyişib Tehranın "Behişti Zəhra" məzarlığında torpağa tapşırılıb.

 

Dünya uşaqları

(Ümumdünya Uşaqlar Günü münasibətilə)

 

Ey dünyanın əlvan çocuqları!

Siz ey gələcəyin parlaq ulduzları!

Ağlı-qaralı,

Allı-sarılı!

 

Gününüz mübarək!

Başınızın üstündən əsən küləklərdən,

Əlçim-əlçim axan buludlardan,

 

Sizə salam göndərirəm,

Qucaq-qucaq, ətək-ətək!

 

Sabahın nəbzi əlinizdə,

Musavat kəlməsi dilinizdə,

İrəli!

 

Əlinizdən tutacaqdır zamanın əli,

Sabah sizindir,

Siz sabahın.

 

Dünyanı əmanət veririk sizə,

Qoy iblislər yol tapmasın qəlbinizə!

Gününüz mübarək!

Salam göndərirəm sizə,

Qucaq-qucaq, ətək-ətək!

 

BULUD QARAÇURLU SƏHƏND

1926- ildə Marağada yoxsul ailədə dünyaya gəlib. Onun soykökü qədim xəzərlərin məşhur Qaraçurlu tayfası ilə bağlıdır. Tədqiqatçıların fikrincə, bu tayfanın bir hissəsi orta əsrlərdə türk axınları zamanı Turan çöllərındən köç edib İranın Qaradağ bölgəsində yurd salıb. 1917-1918-ci illərdə rus-erməni-aysor çətələrinin talan qətliamları dövründə şairin ailəsi dədə-baba yurdundan Marağaya köçüb.

 Bulud ilk təhsilini doğma şəhərinin Xacə Nəsir mədrəsəsində alıb, sonra orta təhsilini Təbrizdə davam etdirib.

Ölkədə baş verən siyasi proseslər gənc Buludun dünyagörüşündə köklü dəyişikliklər etdi. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsinin gənclik qollarında fəal siyasi fəaliyyətə qoşulduğuna görə təhsilini yarımçıq qoymağa məcbur qaldı. İlk mətbu şeirləri 1946- ildə nəşr edilmiş "Şairlər məclisi" adlı şeir toplusunda dərc olunub. Milli Hökumət süquta uğradıqdan sonra iki dəfə həbs edilib, Tehrana sürgün olunub.

1979-cu ildə 53 yaşında vəfat edib, Tehranda dəfn olunub.

 

ARAZ

(Poema)

Mən Arazın adıylan,

çox zamandır tanışam,

Ən kiçik yaşlarımdan

onu ravanlamışam.

 

Qoca babam vaxtkən

boğazım ağrıyardı,

"Araz keçmişəm" - deyə,

boğazımı sığardı.

 

Soruşardım: - Ay baba,

Araz nədir keçmisən?

kimi şeydir o ki,

suyundan da içmisən?

 

Sualımdan babamın

yaşarardı gözləri,

Üzünün çinlərində

gizlənərdi kədəri.

 

Vətən gözləyir bizdən

basıb keçək Arazı.

Düşmanların əlindən

azad edək Qafqazı.

 

Uşaq ədəbiyyatı çağdaş ədəbi proseslər

(əvvəli 13, 14 16 may tarixli saylarımızda)

M.H.Rüşdiyyənin digər xələfi Əlirza Nabdil Oxtayın "Mən kiçik bir çəyirdək idim", "Yağdı yağışlar", "Yaşıl", "Əl-ələ", "Qaynarca", "Axmaca" "Sığırçın", "Oğlan oxu", "Qurd şəhər" kimi şeirləri uşaq yeniyetmələrə ən dəyərli töhfəsidir. Nağılvarı süjetə, təhkiyəyə malik "Qılınc nağılı" şeirində Oxtay elin söz-sov boxçasından qədim bir el məsəlini çağdaş dövrün düşüncə biçimində oxucuya təqdim edir. "Ata ölüm ayağında ikən: Mənim vardan, yoxdan bir qılıncım qalıb təkcə, gətirin vidalaşım. Hər bir kişi ölümə qılınc ilə getməlidir, - deyib oğlanlarını yanına çağırır. Onlara babalarından miras qalmış qılıncı qorumağı vəsiyyət edir. böyük, ortancıl oğul qılınca yiyə durmur. Lakin kiçik qardaş kiçicik əllərini uzadaraq: - Mənim olsun deyir". Şairin təsvirində kiçik qardaşın qılınca sahib çıxması, həm onun - kiçik qardaşın timsalında bütün yurd, milli dəyər sevdalılarının vətənə, ana torpağa, tarixi yurd yerlərimizə sahib çıxacağı kimi dərk olunur.

Uşaqlar, əlizi mənim qəlbimin

İstiliyi ilə qızdırın, gedin!

Yoxsa soyuq əllər edə bilər?

Sazaq dan yerində bizi gözləyir,

Soyuq əllər ilə aça bilmərik

Gələcək günlərin qızıl qapısın.

Soyuq əllər ilə çala bilmərik...

Ə.N.Oxtay "Səttarxan atlıları" şeirində "Gələcək günlərin qızıl qapısı" kimlərin açacağını, dan yerinin sökülməsinə, günəşin doğmasına bənzətdiyi azadlığı kimlərin əldə edib qazanacağını, xalqı əsarətdən kimlərin qurtaracağını da bəyan edir. Göstərir ki, həmin xilaskarlar bu gün "Səttarxan atlıları"dırsa, sabah Zeynəb Paşa, Səriyyə Şahsevənqızı, Firudin İbrahimi, Əlirza Nabdil Oxtay, Mərziyyə Üskülü, Səməd Behrəngi, Bulud Qaraçorlu Səhənd, İbrahim Savalan, Mübariz İbrahimov, Çingiz Mustafayev, Allahverdi Bağırov, general Polad Həşimov başqalarıdır. Adından da göründüyü kimi, şeir İranda Güney Azərbaycanda" dalğalanan" Məşrutə inqilabına, hərəkatın lideri Səttarxana onun silahdaşlarına - atlılarına ünvanlanaraq qələmə alınsa da, aktuallığı baxımından Güney Quzeyə bölüşdürülmüş bütöv Azərbaycan xalqının bu günü ilə tamamilə səsləşir. Məşrutə inqilabı faktını - tarixi hadisəni böyük bir ədəbi mövzuya çevirən Ə.N.Oxtay heç nəyin dəyişmədiyini, yurdunun yenə yağıların əlində olduğunu, zülmün ərşə dirəndiyini oxucularına anladır, onları ölkəni yadların əlindən almağa çağırır. Döyüşkən şair içindəki sızıltı ilə bildirir ki, əgər bu qurtuluşu mənsub olduğu nəsil gerçəkləşdirməzsə, gələcək nəsil, indiki balalar həyata keçirəcək, "gədiklərin qurdların tutub boğacaqdır". Eynilə 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq düz 27 il qabaq vandalist, təcavüzkar Ermənistan respublikasının havadarlarının - Rus imperiya qoşunlarının köməyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarını - Qarabağı Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə şanlı Azərbaycan ordusunun - igid əsgərlərimizin yağı düşməndən azad edib işğalçı ölkə ilə sərhədlərimiz boyunca "Qurdları tutub boğduqları", yeni tarix yazdıqları kimi... Bu gün Güney Azərbaycanda Uşaq ədəbiyyatı sürətlə inkişaf edir bu sahədəki vəziyyət könülaçandır. Bu yöndə araya-ərsəyə gəlmiş əsərlərin çapı sahəsindəki mənzərə isə gələcəyə ümidlə baxmağa imkan verir. Çap məhsullarını incələyərkən belə bir nəticəyə gəldik ki, uşaq ədəbiyyatı mövzusu Güney yazarları üçün çox aktual, həm prioritetdir.

(davamı növbəti saylarımızda)

 

Esmira FUAD,

filologiya elmləri doktoru.