TENDER ELANLARI
Reklam və elanlar

TENDER ELANLARI

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi "Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər xüsusi tibbi sərf materialları"nın satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir: "Kimyəvi dərman preparatları, laborator müayinələr üçün reaktivlər xüsusi tibbi sərf materialları"nın satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təklifi, təklifin bank təminatı qiymət cədvəlini 1 ədəd "Əsli" 1 ədəd "Surəti" olmaqla ikiqat bağlı zərfdə hər iki zərfin bağlı tərəfi iddiaçı tərəfindən imzalanıb möhürlənmiş şəkildə yazılı surətdə 06 iyul 2023- il, saat 10:00-a qədər (Az1122, Bakı şəhəri, H.Zərdabi küçəsi 317 (köhnə 79 "B"), Milli Onkologiya Mərkəzi, Cərrahiyyə korpusu, 1-ci mərtəbə) Tender Komissiyasına təqdim etsinlər (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender prosedurunun başlanması təklif zərflərinin açılışı 07 iyul 2023- il saat 10:00-da.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 3000,0 (üç min) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər (əlaqə telefon: (012)-431-24-63, elektron ünvan: [email protected]).

Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/h: AZ41NABZ01360100000003003944

S.W.I.F.T. BIK CTREAZ 22

Milli Onkologiya Mərkəzi

İBAN: AZ74CTRE00000000000004448470

VÖEN: 1300597461

Büdcə təsnifatının kodu: 142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- iştirak haqqının ödənilməsi haqqında bank sənədi;

- Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, sənəd elandan sonrakı tarixə alınmalıdır).

- Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti rekvizitləri).

- Öz əmlakından sərbəst məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, sənəd elandan sonrakı tarixə alınmalıdır).

- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən ya ASAN Xidmət mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır, sənəd elandan sonrakı tarixə alınmalıdır).

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə texniki maliyyə imkanlarının olması.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi təklifin bank təminatı istisna olmaqla) tender prosedurunun başlanmasından 7 (yeddi) bank günü əvvəl (22 iyun 2023- il saat 10:00-a qədər) Milli Onkologiya Mərkəzinin (Az1122, Bakı şəhəri, H.Zərdabi küçəsi 317 (köhnə 79 "B"), Cərrahiyyə korpusu, 1-ci mərtəbə) Tender Komissiyasına təqdim etməlidirlər (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunmuş tender təklifləri Tender Komissiyası tərəfindən qəbul olunmur açılmadan geri qaytarılır.

İddiaçı ya onun notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi şəxs tender prosedurunun açılışında iştirak edə bilər.