GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MİRZƏ HƏSƏN RÜŞDİYYƏ

Dövrünün böyük aydını, görkəmli maarifpərvər, pedaqoq, publisist, ruhani, siyasətçi mühərrir kimi tanınmış Mirzə Həsən Rüşdiyyə - Hacı Mirzə Həsən Mehdi oğlu 1851-ci il iyulun 5- Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini doğma şəhərində aldıqdan sonra atasının razılığı ilə Türkiyəyə səfər edib. İstanbul, Beyrut digər şəhərlərin təhsil sistemləri ilə maraqlanıb. Burada fəaliyyət göstərən məktəblərin adı - Rüşdiyyə diqqətini cəlb etdiyindən həmin sözü özünə təxəllüs götürüb. 1883- ildə İrəvan şəhərində məktəb açıb. Beş il orada uğurla çalışıb. 1888-ci ildə topladığı zəngin təcrübə ilə Təbrizə qayıdıb orada yeni tipli məktəb açıb.

M.H.Rüşdiyyənin həyata keçirdiyi yenilikləri dini milli xəyanət hesab edən mürtəce fikirli insanların, qaragüruhçu qüvvələrin müqaviməti nəticəsində ədibin xeyirxah fəaliyyəti dayandırılıb, "Mədrəseye-Rüşdiyyə" məktəbi bağlanıb. Lakin tutduğu haqq yolundan dönməyən mübariz maarifçi 1893- ildə "Rüşdiyye-ye müzəffəriyyə" adlı müasir tipli yeni məktəb açmağa nail olub. 1933- ildə təqaüdə çıxan M.H.Rüşdiyyə Qum şəhərinə köçərək ömrünün sonunadək burada yaşayıb 1944- ilin dekabrında 93 yaşında vəfat edib.

Bir aslan ilə iki öküz

Bir aslan bir otlaqda iki öküzə rast gəldi. Onları tutub yemək üçün öküzlərə hücum elədi. Öküzlər dərhal baş-başa verib buynuzları ilə aslana müqavimət eylədilər.

Aslan bunların rəfaqətini görüb məkr hiylədən başqa bir çarə bilmədi. Öküzlərin birinə yanaşıb dedi:

Yoldaşından ayrılıb onu tək tənha qoysan, əsla səninlə işləri olmaz.

Yekəbaş öküz, aslanın verdiyi vədlərə aldanıb köməyindən ayrıldı. Dərhal aslan fürsəti fota verməyib əvvəl bir öküzü sonra isə onun yoldaşını yırtıb yedi.

Mənası: Aralarında ittifaq ittihad hasil olan məmləkət əhli, hər bir vaxt zaman əmn amanda qalırlar baqi. Nifaq şiqaq başladıqları zaman onların cümləsi tələf olar.

 

Mənzuməsi:

Bir çəmənzar, bir gözəl otlaq,

Olmuş idi iki öküzə yataq.

Otlamaq istəsə otu var bol,

İçmək istərsə su, yanında su bol.

Ərsəlan oldu haldan agah,

İstədi olsun onlara həmrah.

Yəni otlaqda məqam etsin,

Onları öldürüb təam etsin.

Vermədilər öküzlər ona macal,

İttifaq etdilər, olub həmhal.

Şir həmlə edəndə şəb, ya ruz,

Göstərirdi olar ona buynuz.

Şir gördü ki, olmayır çarə,

Hiləyə üz çevirdi biçarə.

Yanlayıb onların birin, yavaş

Dedi: - Bənd olma yoldaşa, qardaş!

Otla səhranı, gəzgilən tənha,

Sənə məndən olur himayətha!

Əsər etdi öküzə şir sözü,

Yağlı sözlərə axdı pil gözü.

Oldu bu sözlə yardan tənha,

Etmədi meyil yoldaşa, əsla.

Şir çün yarı eylədi əğyar,

Təkbətək etdi onları murdar.

 

MƏRYƏM CAHANGİRİ

Bəylərbəyi Hüseynxan Cahangirinin qızı Həbibullahxan bəylərbəyi Əfşar Urmiyənin nəvəsi olan Məryəm xanım 1917-ci ildə Urmiyədə ədəbiyyatsevər, mütərəqqi fikirli bir ailədə dünyaya göz açıb.

Məryəm 1934- ildə, 18 yaşında ikən qohumlarından biri ilə ailə qurub. Bu evliliyin nəticəsində dörd övlad - iki qız iki oğlan anası olub. 1952-ci ildə isə 35 yaşlı gənc bir qadın ikən həyata gözlərini əbədi yumub.

 Məryəm Cahangiri şeirlərini Azərbaycan türkcəsində fars dilində qələmə alıb. Şeirlərinin bir hissəsi vaxtilə "Şahin" (Təbriz) "Kanune Şoəraye-Tehran" (Tehran) jurnallarında çap olunub. Onun ilk şeirlər toplusu "Be yade Məryəm" adı ilə ölümündən sonra işıq üzü görüb. "Güllər operası", "Fereşteqan (Mələklər)" "Sərbaze mihən (Vətən əsgəri)" dramları onun məşhur əsərləri sırasındadır.

Cücə

Cücə, cücə, ay cücə,

Sevimli sarı cücə,

Dimdik hənalı cücə.

Sındırdın yumurtayın,

Necə gördün dünyayın?

- Gördüm yerim dar idi,

Ağdaşdan divar idi,

Pəncərəsi yox idi,

Dərdü-qəmim çox idi.

Orda tək qalmış idim,

Saralıb solmuş idim.

Özümə verdim təkan,

Misli Rüstəm pəhləvan.

Cüccüllədim, atıldım,

Cücələrə qatıldım.

 

Uşaq ədəbiyyatı çağdaş ədəbi proseslər

(əvvəli 13 14 may tarixli saylarımızda)

Bu gün Güneydə "Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar sizin qəbrinizin üstünə tökülməyə yaraya bilsin" (Pifaqor), gerçəyini anlayır həyata keçməsi üçün uşaq ədəbiyyatı nümunələrinin yaranmasına araşdırılmasına daha çox əhəmiyyət verirlər. Tanınmış şair tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") alleqorik məsnəvisini qəbul edir yazır ki, bu kitabı 1958-ci ildə Bakıda "Həmid Araslı" nəşr etdirib. Kamil Mirbağırov tərəfindən uşaqlar üçün hazırlanıb Təbrizdə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Əsərin böyüklər üçün yazıldığını duyuruq. Ancaq dərindən fikirləşdikdə, yeni çağda cizgi filmləri, təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə, "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dil ilə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (hətta bütün Şərqdə) Füzuliyə aiddır. Hümmət Şahbazinin fikrinə yüzdəyüz qatılır təsdiqləyirəm, çünki 1958-ci ilədək "Söhbətül-əsmar" ("Meyvələrin söhbəti") əsəri S.Mümtaz, H.Araslı, M.Rzaquluzadə Ə.Qəhrəmanov, H.Əfəndiyev digərlərinin tərtibatı müqəddimələri ilə Təbrizdə Bakıda dəfələrlə çap olunmuşdu:

İctimai şüurun formalaşması, yeni insan tərbiyəsi, maarif mədəniyyətin inkişafı, körpə fidanların sağlam ruhda böyüməsi doğma dildə mükəmməl təhsil alması uğrunda yorulmadan çalışan, böyük maarifpərvər şair fəal ictimai xadim kimi tanınan Cabbar Əsgərzadə Bağçabanın (1885-1966) yaradıcılığında da uşaqlar üçün yazılan bir-birindən maraqlı şeir hekayələr mühüm yer tutur. "Qızıllı yarpaq, yaxud zəkalı Ənvər" poemasının da qəhrəmanları dərslərini yaxşı pis oxuyan, çalışqan tənbəl məktəblilərdir. Uşaq auditoriyasının qavrama səviyyəsini diqqətdə saxlayan şair-pedaqoq əsəri şifahi xalq ədəbiyyatından gələn sadə süjet əsasında qələmə almış poemasında ölkənin, cəmiyyətin insanların inkişafının, yüksəlişinin təhsildə, elm maarifdə olduğu fikrini təbliğ etmişdir.

Ədəbiyyat aləmindən məlumdur ki, bir çox yazarlar uşaqlar haqqında sentimental-əxlaqi ədəbi üsullarla, ən yaxşı halda, böyüklərin incə yumor hisslərini qatmaqla əsərlər qələmə alırlar, ancaq onların dünyasının alt qatlarına, mənəviyyatının dərinliyinə nüfuz edə bilmirlər.

Çağdaş dövr Güney Azərbaycan uşaq nəsrinin yaradıcısı olan Səməd Behrəngi isə öz əsərlərində uşaq ruhuna daha da yaxınlaşmaqla, onların daxili dünyasına yol tapmağa nail olan yazıçılardandır. O, kamil pedaqoq olmaqla yanaşı, həm orijinal dəst-xəttə malik istedadlı hekayə yazarı, peşəkar tərcüməçi, XX əsr İran Azərbaycan ədəbiyyatının ən görkəmli hekayə nasirlərindən biri idi. Güney Azərbaycanda çağdaş dövr uşaq ədəbiyyatının-nəsrinin yaranması inkişaf etməsi məhz onun adı ilə bağlıdır. Uşaqlar üçün nağıllar, həmçinin baş qəhrəmanları əsasən ünsiyyətdə olduğu şagirdləri olan onların başına gələn olaylardan bəhs edən maraqlı hekayələr qələmə alır, "alleqoriya təşxislərə yer verməklə örtülü şəkildə ən orijinal yolla öz fikir düşüncələrini yayırdı". Səməd Behrəngi əsərlərini "Biz uşaqlara: - Oğurluq etmə, yalan danışma! - kimi məsləhətlər vermək əvəzinə, onların oğru olmalarının səbəbini açıb göstərməliyik. Çünki insanları yetişdirən mühitdir. Yaxşı insan yetişdirmək istəyiriksə, mühiti yetişdirməli insaniləşdirməliyik", - əqidəsi ilə yazıb-yaradırdı... Uşaq təbiətini anlayan təcrübəli pedaqoq kimi körpə fidanlara yalnız doğruya inam, həqiqətə sevgi, şərə, pisliyə xəyanətə, ağı qara, yalanı həqiqət, göz yaşlarını sevinc şəlaləsi, hıçqırığı gülüş, məhrumiyyətləri tanrının qisməti kimi qələmə verənlərə nifrət aşılayırdı. Bu nifrətin onların yaşamı üçün, yaxşını - pisdən ayıra bilməsi üçün gərəkli olduğunu düşünürdü". "Balaca qara balıq", "Adət", "Binam//Adsız", "Narın qabığı", "Balaca qara balıq", "Ulduz qarğalar", "24 saat yuxuda ayıqlıqda", "Çuğundur satan oğlan", "Bir hulu, min hulu", "Məhəbbət nağılı", "Təlxun", "Ləbi satan uşaq", "Qoca arvad qızıl cücəsi", "Koroğlu keçəl Həmzə", "Ulduzla danışan gəlincik", "Çox bəxtiyar ağa" s. kimi hekayələrində o, bulaq suyu kimi dumduru, saf uşaq dünyasından böyüklərin aləminə bir pəncərə açır açdığı pəncərədən toplumu bütün cizgiləri, xüsusiyyətləri ilə yaşlıların gözləri önündə canlandırırdı... böyüklər, yaşlılar da həmin əsərlərə maraq göstərirdilər...

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.