MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Kristal" binası

"Belarus Potaş" şirkətinin baş qərargahının binası 2012-ci ildə Minsk şəhərində inşa olunub. "Kristal" adlanan binanın layihəsini Oleq Vorobyov adlı memar hazırlayıb. Qərargahın mərkəzi hissəsini kalium kristalı şəklində dizayn edən O.Vorobyovun bu ideyası bütün dünya memarlarının diqqətini çəkib. Qırmızı rəngin insanların psixologiyasına mənfi təsir göstərəcəyini düşünən yerli əhali isə binanın fasadında bu rəngdən istifadə edilməsinə etirazını bildirib. Lakin bina istifadəyə verildikdən sonra məlum olub ki, bu rəng tikilinin daxili interyerinə qəti şəkildə təmas etmir.

8 mərtəbədən ibarət şəffaf binanın əsas elementləri üç hissədən ibarətdir. Uçan quşun qanadlarına bənzəyən kompleksin tam mərkəzi qırmızı, yan tərəfləri isə sadə şəffaf şüşədən hazırlanıb. Binada quraşdırılan şüşələr günəşdən qoruyucu xüsusiyyətə malik olduğundan, otaqlarda temperaturun həddindən artıq isti olmasının qarşısını alır. Paslanmayan polad məhəccərli spiral pilləkən panoramik lift led lampalar sayəsində mərkəzi atriuma xüsusi gözəllik qatır. Burada həmçinin təhlükəsizlik sistemləri ən xırda detallarına qədər düşünülüb. Belə ki, interyerin dekorasiyasında metal, zərbəyə davamlı şüşə, keramik plitə taxtadan istifadə edilib. Ən son texnoloji yeniliklərlə təchiz olunan "ağıllı" binada temperaturu tənzimləyən sistem sayəsində işçilər şirkətə gəlmədən öncə otaqlar avtomatik olaraq isinir, işdən çıxdıqdan sonra isə soyuyur.

 

"Yaşıl DNT" göydələni

Tayvanın mədəniyyət mərkəzi olan Taybey şəhərində mühəndis kommunikasiya sistemi memarlıq üslubu ilə bütün dünyanın diqqətini çəkən göydələn inşa olunub. DNT-ni xatırladan spiral formalı binaya "Yaşıl DNT" adı verilib. Kompleksin tikintisini 2010-cu ildə "Vincent Callebaut Architectures" memarlıq bürosu layihələndirib. Futuristik ekobina çox tez bir zamanda yerləşdiyi şəhərin vizit kartına çevrilib.

Ümumi sahəsi 42700 kvadratmetr olan ekogöydələnin hündürlüyü 21 metrdir. Aşağıdan yuxarıya doğru spiral şəklində burulan kompleks 20 mərtəbədən ibarətdir. 40 lüks mənzil üçün nəzərdə tutulan evin ümumi sahəsi 500 kvadratmetrdir. Yaşayış sahəsinin böyük olmasına baxmayaraq, mənzillərdə dayaq sütünları yoxdur. Müxtəlif rakuslardan baxıldıqda fərqli görünüşə malik binanın eyvanlarında həyətyanı sahəsində 23 min ağac müalicəvi bitki növləri əkilib. Şüşə poladdan tikilən bina, həmçinin yağış suyunun toplanması, təmizlənməsi üzvi tullantıların təkrar emalı istifadəsi üçün xüsusi sistemlə təchiz olunub. Göydələnin damında 1000 kvadratmetrlik günəş paneli quraşdırılıb.

 

"Seydj Qeytsxed" Musiqi Təhsil Mərkəzi

İngiltərənin Qeytsxed şəhərində inşa olunan "Seydj Qeytsxed" Musiqi Təhsil Mərkəzi dünyaca məşhur memar Norman Foster tərəfindən layihələndirilib. 70 milyon avroya başa gələn nəhəng tırtıla bənzəyən kompleksin açılış mərasimi 2004- ildə baş tutub.

Ümumi sahəsi 35000 kvadratmetr olan əyri şüşəli kompleksin fasadının hazırlanmasında 3043 paslanmayan polad paneldən istifadə edilib. "Seydj Qeytsxed" musiqi təhsil mərkəzində 1700 yerlik böyük zal 400 nəfərlik orta zal tamaşaçıların istifadəsinə verilib. Dünyanın ən yaxşı konsert salonlarının tələblərinə cavab verən mükəmməl akustik struktura malik musiqi mərkəzi üç ayrı binadan ibarətdir. Hər il yüzlərlə musiqi tədbirinə evsahibliyi edən kompleksin birinci mərtəbəsinin interyerində müxtəlif akustik səthlərin yaradılması üçün ağacdan istifadə olunub. Burada, həmçinin kafe, restoran, kitabxana internet-kafe fəaliyyət göstərir.

Bina istifadəyə verildikdən sonra görünüş baxımından şəhər sakinlərinin narazılığına səbəb olsa da, bu gün "Seydj Qeytsxed" Musiqi Təhsil Mərkəzi şəhərin ən gözəl görməli yerlərindən birinə çevrilib.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".