GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

PƏRVİN ETİSAMİ

Pərvin Rəxşəndə Etisami 1906- ildə Təbrizdə zəngin bir ailədə dünyaya göz açıb. İbtidai orta təhsilini xüsusi müəllimlərdən, eləcə Təbrizin görkəmli ziyalısı, şair tərcüməçi olan atası Yusif Etisamüil-mülkdən alıb. Anası dövrünün məşhur şairi olan Şuri təxəllüslü Mirzə Əbülhüseyn xanın qızı idi. Fars, ərəb fransız dillərini atasından, ingiliscəni isə amerikalıların Tehrandakı qız mədrəsəsində öyrənib. Şeir ədəbiyyatla hələ uşaqlıq çağlarından maraqlanmağa başlayıb.

Pərvin Etisami 1934- ildə əmisi oğlu Fəzlullah Etisami ilə ailə həyatı qurub, lakin iki ay yarımdan sonra atası evinə qayıdıb. Bundan sonra ömrünün sonunadək bir daha ailə qurmayıb. "Sərxoş, lakin agah" adlı romantik şeirlər məcmuəsinin, həmçinin qəzəl, məsnəvi didaktik şeirlərindən ibarət "Divan"ının çapından sonra böyük oxucu sevgisi qazanıb.

Poetik yaradıcılığı ilə İranda böyük şöhrət qazanmış Pərvin Etisami 1941-ci ildə gənc yaşlarında dünyasını dəyişib. Qum şəhərində atasının məzarının yanında dəfn olunub.

 

Şah yetim uşaq

Bir küçədən keçirdi cəlalilə şəhriyar,

Hay-küy ucaldı, oldu o gün şənlik aşkar.

 

Verdi sual, dağlı yetim öz hamaşına,

Bu göz qamaşdıran nədi şahın tacında var?

 

Verdi cavab: Bilmirəm, ancaq eşitmişəm.

Ən qiymətli incidir, başa qoymuş o bəxtiyar.

 

Getdi qabağa bir qarı övrət, dedi belə:

Göz yaşıdır, ürək qanıdır, olsun huşiyar.

 

Bu qurd ki, bizlərə tanış olmuş bir öm(ü)rdür,

Daim fəlakətə sürünü eyləyib düçar.

 

Arif ki yığdı sərvətü dövlət, haramıdır,

Bir şah ki, mülk, alverində, etmə etibar.

 

Diqqətlə gör yetimlərin qanlı göz yaşın,

Bir gövhərin parıldamağın anla kim əyyar.

 

Pərvin, yalan deyənlərə düz söz, bəhrəsi,

Kimdir ki, düz danışmağına etsin iftixar?

 

MƏHƏMMƏDTAĞI ZEHTABİ

1923- ildə Təbriz yaxınlığındakı Şəbistər qəsəbəsində dünyaya gəlib. İbtidai təhsilə kənd məktəbində başlayıb, lakin iki il sonra ailə vəziyyəti ilə bağlı təhsildən ayrılıb təhsilini Təbrizdə davam etdirib. Burada əvvəl "Füyuzat", sonra isə "Firdovsi" adına məktəbin ədəbi şöbəsini bitirib müəllimlik etsə , ali məktəbdə təhsil almaq fikrindən daşınmayıb. Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə katoliklər kilsəsində Müsyö Jozef Qvinderin sinfində fransızcanı yaxşı öyrənir. Ana dili ilə yanaşı, fars, ərəb, fransız, sonralar mühacirət dövründə isə rus dilini öyrənib.

1946- ildə Milli Hökumət dönəmində açılan Təbriz Universitetinin ilk tələbələrindən olub.

1971-ci ildə İraqa köçüb Bağdad Universitetində qədim türk fars dilini tədris edib. Burada elmi nailiyyətləri nəzərə alınaraq professor elmi dərəcəsinə layiq görülüb. Əsərləri İran, Azərbaycan, İraq, Türkiyə, Almaniya digər ölkələrdə dərc olunub. Təkcə dilçiliklə bağlı 6 kitabı nəşr edilib. 1976- ildə Almaniyada çap olunan "İran türklərinin sərfi" kitabı ona böyük nüfuz qazandırıb.

1998-ci ildə Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılıb. Onun adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər siyasi qətllər siyahısında dərc edilib.

 

Ceyran Qurbağa

Ovçu tərəfindən izlənən Ceyran ox kimi qaçır, sanki uçurdu. Candan da şirin görəsən dünyada şey var? Can qorxusu olsa, uçacaq yel tək ayaqlar. Bataqlıq qırağında uyuyan Qurbağa, başını sudan çıxardaraq dedi:

- Ay Ceyran qardaş, bir az yavaş, görüşək, dərdləşək, tələsirsən, ay qəşəng, darıxmışam, yalnızlıqdan bıxmışam. Dayan bir dərdləşək, ayılsın könül, dərdimi söyləyim, sən bir az gül.

- Danışdırma, ovçu izimdədir, gücüm dizimdə, ölüm ardımca çapır qaçaraq, danışmaq, - Ceyran cavab verincə Qurbağa ah çəkərək:

- Əli qurusun o ovçunun ki, mən ceyranı sən Ceyranı haqlaya ya oxlaya! - dedi.

Ceyran duruxaraq, öz-özünə:

- Onun oxu qanımı alır, bunun sözü canımı - dedi qəlbində ağlayaraq:

- Hay-hay, mənəmmi ona, ya odur mənə tay - dedi dayanmadan getdi, axan ulduzlar kimi yamacda gözdən itdi.

 

Uşaq ədəbiyyatı çağdaş ədəbi proseslər

(əvvəli 13 may tarixli sayımızda)

İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq edən maarif xadimi "İran maarifinin atası" kimi dəyərləndirilən Mirzə Həsən Rüşdiyyənin XIX əsrin sonlarında böyük çətinliklər bahasına açdığı "Mədrəsəye-Rüşdiyyə", "Rüşdiyyeye müzəffəriyyə" adlı yeni tipli məktəblər Səfəvilər dövründən sonra Güney Azərbaycanda ana dilində açılmış təlim-təhsili Azərbaycan türkcəsində aparan ilk Azərbaycan məktəbi idi. təbii olaraq bu yeni tipli Azərbaycan məktəblərində təhsil alan uşaqların oxuyub yüksək savad almaları üçün ana dilində, türkcə dərsliklərin yaradılması bədii əsərlərin yazılması zərurətini doğururdu. M.H.Rüşdiyyə hər kəsdən öncə bu gərəkli işə başlayıb kiçikyaşlı öyrəncilər üçün bir sıra ibrətamiz əsərlər, təmsil dərsliklər, türk fars dillərində, ümumilikdə 30-a yaxın kitab qələmə alıb. "Vətən dili" "Ana dili" kimi dərsliklərilə yanaşı, bir-birindən dəyərli "Bidayətüt-təlim", "Kifayətüt-təlim", "Nəhayətüt-təlim", "Nəsihətül-təlim", "Təkmilüssərt", "Təhsili-hesab", "Üsuli-əqaid, yaxud ittihadı-bəşər", "Əlifbayi-sövti", "Əlifbayi-Rüşdiyyə", "Tarixi-şifahi", "Coğrafiyai-şifahi", "Şəriəti-ibtidai" b. əsərləri ilə İranda Güney Azərbaycanda əsl maarifçilik hərəkatının başlanmasına start verib. Elmi-publisistik ədəbi-bədii xarakter daşıyan həmin əsərlər M.H.Rüşdiyyənin ictimai-siyasi maarifçilik fəaliyyəti ilə yanaşı, geniş elmi bədii yaradıcılıqla da məşğul olduğunun təsdiqidir...

M.H.Rüşdiyyənin, daha sonra Cabbar bəy Bağçaban, Haşım Tərlan, Məhəmmədhüseyn Şəhriyar, -məd Behrəngi, Mərziyyə Üskülü, Əlirza Nabdil Oxtay, Həsən Fərşbaf, Rəsul Qədiri digərlərinin bədii irsinin özəlliklərindən biri əsərlərini əsasən sadə dildə, uşaqların anlaya biləcəyi tərzdə yazmalarıdır. Onların məqsədi üz tutduqları mövzuları bədii müstəvidə işləməklə xalqın maariflənlənməsinə, körpə fidanların gözlərinin açılmasına xidmət etmək idi. Maarifləndirmə isə əhalidə yeniyetmə dövrlərindən başlamalıdır. Güney yazarları bilirdilər bu gün o fikirdədirlər ki, uşaqları elmə, təhsilə həvəsləndirmək, savadlı, bilikli vətəndaş kimi yetişdirmək üçün onlarda kitab oxumağa maraq oyatmaq lazımdır. Əgər belə olmasa, uşaqların elmə, təhsilə maraqları itər, mədəni-maarif işlərinə meyil etməzlər. M.H.Rüşdiyyə bu gerçəyi dərindən anladığından uşaqların zövqünü oxşaya, onların bəsirət gözünün açılmasına yardımçı ola biləcək əsərlər, hekayələr, duzlu-məzəli şeir kiçik həcmli təmsillər yazır, böyük sənətkarlıq nümayiş etdirirdi. Kamil pedaqoqun məqsədi o idi ki, uşaqların zehni yorulmasın, uzun mətni oxumaqdan bezməsinlər.

Ədibin ədəbi irsi, didaktik ədəbiyyatın ən gözəl örnəklərindən sayılan təmsilləri o taylı-bu taylı Azərbaycan ədəbiyyatının misilsiz örnəkləridir. Onun alleqorik hekayələri dərin fəlsəfi mənaları ilə diqqət çəkir. Yazıçının uşaqlar üçün yazdığı "Vətən dili" dərsliyinə daxil etdiyi həmin hekayələr günümüzədək uşaq ədəbiyyatında öz əhəmiyyətli mövqeyini qoruyub saxlayır. "Aslan iki öküz", "Tısbağa dovşan", "Maralın qıçları buynuzları", "Köpəklər tülkü", "İki xoruz", "Köpək qurd", "Köpək çaylan", "İnsan aslan", "Şir siçan", "Dözümsüz aslan" təmsil-hekayələrində böyük pedaqoq insanlara anlatmaq istəyir ki, hər kəs öz əkdiyini biçir. Lovğalıq, təkəbbür, yersiz qürur insana başucalığı gətirən cəhətlər deyil... İnsan həyatı boyunca nələr edirsə, hansı əməlləri həyata keçirirsə, məhz onlar zaman keçdikcə qarşısına çıxır, yaxşı, ya pis əməllərin daşıyıcısı olubsa, elə həmin əməllərlə qarşılaşır. Təəssüf ki, Mirzə Həsən Rüşdiyyənin "bu qədər zəngin yaradıcılıq irsi olmasına baxmayaraq, əsərləri Quzey Azərbaycanda nəinki ayrıca nəşr olunmamış, hətta antologiyalara belə çox cüzi bir hissəsi salınmışdır. O da acınacaqlı haldır ki, türkçülüyün tarixinə aid bir çox əsərlərdə türklük üçün bu qədər böyük işlər görmüş bu şəxsiyyətin adı belə çəkilməmişdir". Ancaq Güneydə onun açdığı mütərəqqi yolda mətin addımlarla irəliləyən davamçıları yetişdi. Onlar yeni üsullu məktəb aça bilməsələr , möhtəşəm uşaq ədəbiyyatı örnəkləri yaratdılar. Qeyd edək ki, Güney Azərbaycanda İranda çağdaş dövr uşaq ədəbiyyatının təməlini M.H.Rüşdiyyənin xələfi - Səməd Behrəngi qoymuş, onun faciəli ölümündən sonra isə bu işi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşları Mərziyə Üskülü Dalğa Əlirza Nabdil Oxtay birlikdə davam etdirmişlər.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.