GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11- Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

CABBAR ƏSGƏRZADƏ BAĞÇABAN

1885-ci ildə İrəvanda anadan olub.

Mirzə Cabbar on beş yaşından başlayaraq kiçikyaşlı uşaqlara dərs deyib. "Qafqaz" qəzetində "Molla Nəsrəddin" məcmuəsində şeir məqalələrlə çıxış edib, 1914- ildə isə İrəvanda M.Mirfətullayevlə birlikdə "Lək-Lək" jurnalını buraxıb.

Təqiblərdən sonra 1918-ci ildə Mərənd şəhərinə, ata-baba yurduna köçməyə məcbur olub buradakı Əhmədiyyə məktəbində müəllim işləyib. Sonra Təbriz Tehranda kar lal uşaqlar üçün məktəb təşkil edib. Onun çoxşaxəli yaradıcılığı pedaqogika, poeziya, incəsənət, musiqi səhiyyə ilə sıx bağlı olub. Ərəb, fars rus dillərini mükəmməl bilib, xarici ölkə xalqlarının poeziyasından tərcümələr edib. Əsərlərini həm Azərbaycan, həm rus dillərində yazan ədibin türkcə əsərləri 12 cilddən ibarətdir.

Qocaman maarif xadimi 1966- ildə Tehranda vəfat edib.

 

Molla hörümçək

Molla bir gün hörümçəyin yanına

Getdi, ta etsin iltimas ona.

Dedi: Agah olun hörümçəklər!

Sizdən eylər gilayə milçəklər.

Üzməyin canların oların siz,

Sormayın qanların oların siz.

Var oların da siz kimi canı,

Yeməsi, içməsi, əti, qanı.

Oları siz mənə bağışlayın,

Bu fəna işdi çünki boşlayın.

Çun hörümçək bunu belə gördü,

Başını qaldırıb baxıb güldü.

Dedi: Yoldaş! çarə? Siz deyiniz,

Sonra bizdən siz iltimas ediniz.

Dedi molla: ki, bəndə molladır,

Sahibi zöhd, əhli təqvadır.

İltimasım budur ki, əl çəkəsiz,

Milçəyə bir zülm etmiyəsiz.

Başını tovladı hörümçək ta

Dedi: Zəhmət çəkibsən, ay molla!

Sən özün qanını müsəlmanın

Sorma qardaş! Varınsa vicdanın.

İltimasın bizə qəbul olmaz,

Dediyin səndə çün vüsul olmaz.

Pisdisə özgənin qanın içmək?

Sən özün get, qan içmədən əl çək!

 

HƏBİB SAHİR

1903- ildə Tərk şəhərində ana

dan olub, sonra ailəsi ilə birlikdə Təbrizə köçüb. İlk təhsilini şəhər mollaxanasında ərəbcə alıb. "Mədrese-yi Mübarək-e Məhəmmədiyyə" liseyində şair inqilabçı Tağı Rəfətin sinfində Şəhriyarla birgə oxuyub, onun məsləhəti ilə fransız dilini öyrənib.

1927-ci ildə İstanbul Universitetinin tarix coğrafiya fakültəsinə daxil olub. 1933- ildə ali təhsilini başa vurduqdan sonra Təbrizə qayıdıb, Qəzvin Tehran məktəblərində coğrafiya fənnini tədris edib, şagirdlər üçün dərsliklər yazıb.

Təqiblərə məruz qalan Həbib Sahir Güney azərbaycanlıların İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə təhqirlərə dözməyərək, habelə rejimin ona qarşı edəcəyi təzyiq işgəncələri göz önünə gətirərək, 85 yaşında Tehran şəhərinin "Tərəşt" bölgəsində, yaşadığı mənzildə intihar edib. "Beheşt-e Zəhra" qəbiristanlığında dəfn olunub.

 

Yurdumuz

Səhər oldu, gün hər yerə yayılır,

Qurdlar, quşlar əkinlərdə ayılır.

Kölgə düşür pərdə-pərdə yollara,

Axar suda daşlar, qumlar sayılır.

 

Yarpaq-yarpaq gəzir qızıl işıqlar,

Al işıqlar - quşlar uçur biqərar.

Hər işıqda ovuc-ovuc ulduzlar,

Hər işıqda dərin, gizli bir sirr var.

 

Çıraq kimi lalələrdir odlanan,

Lalələrin üzərində qızıl qan.

Yer üzünün cənnətidir yurdumuz,

Unut göyü, bizim yerdə gəl dolan!

 

 

 

Uşaq ədəbiyyatı və çağdaş ədəbi proseslər

"Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər...".

Mirzə Həsən RÜŞDİYYƏ.

Qarşınızda möhtəşəm bir ədəbiyyat xəzinəsi - uşaq və yeniyetmələr üçün yazılmış böyük və kiçik həcmli, süjetli və süjetsiz ədəbiyyat nümunələrindən bir araya gətirdiyimiz Güney Azərbaycan uşaq ədəbiyyatı antologiyası durur. Əminliklə deyə bilərik ki, ədəbiyyatımızın, milli-mədəni irsimizin, eləcə nəslimizin davamçıları, gələcəyimiz dediyimiz uşaqların sağlam ruhlu, əqidəli, savadlı hərtərəfli inkişaf etmiş əsl vətəndaş kimi yetişib formalaşması üçün uşaq ədəbiyyatı örnəklərinə bütün zamanlarda böyük ehtiyac olub. Lakin Azərbaycanda uşaq ədəbiyyatının yazılması nəşri sahəsində həmişə müəyyən boşluqlar özünü göstərib, ümumədəbiyyatdan fərqli olaraq uşaq ədəbiyyatının inkişaf yolu uğurlu, hamar məhsuldar olmayıb. Uzun əsrlər boyu uşaq ədəbiyyatının inkişafı ləngimiş, "Gülüstan", "Bustan", "Divani-hafiz", "Əbvabül-sinan", "Nanü-halva", "Tarixi-Nadir", "Sərbaz" s. kitabları müqabilində Azərbaycan türklərinə öz doğma dillərində uşaqların oxuması üçün əsər yaratmağa geniş imkan verilməyib. Ona görə qədim orta əsrlər ədəbiyyat xəzinəsi uşaq oxusu üçün nəzərdə tutularaq yazılan kitablar baxımından kasaddır. Bu mənada, əslində Azərbaycan uşaq ədəbiyyatı məfhumu da yeni dövrə - XIX əsrə aid ədəbi-pedaqoji hadisədir...

XIX XX əsrin əvvəllərində kifayət qədər ictimai dini məzmuna, əxlaqi-didaktik pafosa, estetik təsir gücünə malik olan uşaq mütaliəsi nümunələrinin yaranmasına baxmayaraq, bu zəngin xəzinə indiyə qədər toplanaraq bütöv halda araşdırılmayıb, nəşr edilərək xalqa çatdırılmayıb. Təsadüfi deyil ki, bu gün bizim Abbasqulu Ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov istisna edilərsə, onun inkişafı yolunda böyük əmək sərf etmiş Mirzə Nəsrullah, Hacı Səid Cəlal Ünsizadələr, Həsənəli Ağa Xan Qaradaği, Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov, Əhməd bəy Cavanşir, Məhəmmədtağı Sidqi, Abdulla bəy Əfəndizadə, Mahmud bəy Mahmudbəyov digər görkəmli nümayəndələri haqqında təsəvvürümüz belə yoxdur. Onların bəzilərinin adlarını eşitmiş olsaq da, əsərlərindən xəbərsizik. Bu mənada uşaq ədəbiyyatımızın inkişaf tarixində, uşaqlar üçün nəzərdə tutulan nəşrlərin mənzərəsində ləkələr sıx-sıx nəzərə çarpır. Lakin bu siyasi ab-hava, ögey münasibət artıq arxada qalıb. Bu gün Vətənin həm Quzeyində, həm Güney-ində tarixin müxtəlif mərhələlərində xalqın yaratdığı mənəvi sərvəti heç bir istisnaya yol vermədən bütöv halda araşdırıb üzə çıxarmaq, təbliğ edib geniş oxucu kütləsinin mənəvi qida mənbəyinə çevir-mək yazarları, ziyalıları düşündürən əsas məsələlərdəndir. Bu gerçəkliyin mahiyyətini dövrünün böyük aydını, Cənubi Azərbaycanın baş şəhəri Təbrizdən Şərq dünyasına günəş təki doğan görkəmli maarifpərvər, pedaqoq, publisist, ruhani, siyasətçi mühərrir kimi tanınan Mirzə Həsən Rüşdiyyə isə hələ XIX əsrin II yarısından etibarən dərindən anlayıb.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.