Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb
Səhiyyə

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 251 nəfər müalicə olunaraq sağalıb, 10 min 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 122 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 851, indiyə qədər isə ümumilikdə 7 milyon 602 min 283 test icra olunub.                   

 

Mayın 12-də Azərbaycanda COVID-19 əleyhinə 131 doza vaksin vurulub

Mayın 12- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 131 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 18, ikinci doza vaksinlərin sayı 84, üç daha çox doza vaksinlərin sayı 26, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 963 min 17, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 25, ikinci mərhələ üzrə 4 milyon 882 min 686, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 116, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 190-dır.