Konstitusiya Məhkəməsi Palatasının iclasında Gəncə Apellyasiya  Məhkəməsinin müraciətinə baxılıb
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Palatasının iclasında Gəncə Apellyasiya  Məhkəməsinin müraciətinə baxılıb

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416, 419-1 və 420-ci maddələrinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 2-nə təyin edilmiş iclasında baxılacaq.