Şəhid analarının iştirakı ilə ağacəkmə kampaniyası
Ekologiya

Şəhid analarının iştirakı ilə ağacəkmə kampaniyası

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzi “Hərə bir ağac əksin!” kampaniyasına qoşulub. Agentliyin məlumatında bildirilir ki, şəhid analarının iştirakı ilə baş tutan ağacəkmə kampaniyasında Gəncə Peşə Hazırlığı Mərkəzinin kollektivi tərəfindən 100 ağac əkilib.