XALQA HƏSR OLUNAN ÖMÜR...
Siyasət

XALQA HƏSR OLUNAN ÖMÜR...

Dahiləri  fərqləndirən əsas cəhət hamıdan fərqli düşünüb müdrik addım atmalarıdır. Onları tarixi şəxsiyyətə çevirən isə verdikləri qərarların fərdlərin deyil, böyük bir xalqın, cəmiyyətin inkişafına yol açmasıdır. Azərbaycanın dövlətçilik tarixində sönməz bir günəş kimi parıldayan tarixi şəxsiyyət Heydər Əliyevin ideyaları ölkənin inkişafının qüdrətli ölkəyə çevrilməsinin əsas rəmzidir.

Hələ sovet dönəmində imperiyanın əsas onurğa sütunu sayılan Dövlət Təhlükəsizliyi Komitəsində çalışarkən bu uzaqgörən şəxsiyyət qurumun bütün bölmələrində ermənilərin üstünlük təşkil etdiyini açıq görür, bu gerçəyi dəyişdirmək üçün öz əzminə zəkasına arxalanırdı. Heydər Əliyev peşəkar fəaliyyəti ilə qısa zamanda komitədə elə hörmət sevgi qazanmışdı ki, artıq onun göstərişi ilə milli kadrların sayının artırılması üçün atılan addımlara heç kəs mane ola bilmirdi.

Heydər Əliyev hələ illər öncə bir gün sovet imperiyasının süquta uğrayacağını hiss etmişdi. Məhz buna görə o, Azərbaycan xalqının gələcəkdə üzləşəcəyi çətinliklərdən ən az itki ilə çıxması üçün hər sahədə milli kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. 1971-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əhəmiyyəti Birinci Qarabağ savaşı başlayanda daha qabarıq göründü.

Heydər Əliyevin xidmətləri nəticəsində xaricdə təhsil almağa göndərilən gənclər isə gələcəkdə ölkənin taleyüklü anlarında öz mövqelərini ortaya qoydular.

Bakıda ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə inşa edilən tarixi-mədəni abidələrin hər birinin tarixçəsi, maraqlı hekayəsi isə hər kəsdə dahi liderə olan sevgini daha da artırır. Məlum məsələ idi ki, sovet dönəmində böyük memarlıq abidələrinin inşasına Moskvadan icazə almaq heç asan deyildi. Ulu öndər Heydər Əliyev bu bürokratik əngəlin qarşısını almaq üçün həmin obyektləri təsərrüfat istiqamətli tikililər kimi təqdim etməklə onların inşasına nail olurdu.

Bakıda Gülüstan sarayı, Elmlər Akademiyasının binası, Heydər Əliyev sarayı, Bəhram Gurun heykəli, "Neftçilər" "Nizami" metro stansiyaları, Bakı Məişət Kondisionerləri Zavodu, Dərin Özüllər Zavodu kimi tarixi tikililər məhz ulu öndər Heydər Əliyevin zamanında inşa edilən memarlıq abidələrindən bir qismidir.

Azərbaycan xalqı illərdən bəri onu işıqlı gələcəyə aparan, onun yolunda bütün çətinliklərə sinə gərən Heydər Əliyevin xidmətlərini heç zaman unutmadı. Naxçıvana qayıdan Heydər Əliyev Bakıya dəvət olundu hər kəs onu ölkəni siyasi hərc-mərclikdən qurtaracaq xilaskar kimi qarşıladı. Ölkədə öncə siyasi sabitlik iqtisadi tərəqqini təmin etmək üçün cəbhədə atəşkəsə nail olan Heydər Əliyev bütün diqqətini hər şeyi yenidən - milli dövlətçilik ənənələrinə uyğun təsis etməyə yönəltdi.

Ölkəni ağır iqtisadi durumdan xilas etmək üçün tək yol beynəlxalq korporasiyaların investor kimi ölkəyə cəlb olunması neft-qaz ehtiyatlarımızdan Azərbaycanın gələcəyi üçün səmərəli istifadə edilməsi idi. Yeni müstəqillik qazanan bir ölkə üçün böyük beynəlxalq şirkətləri milyardlarla dollar dəyərində layihələrə maraqlandırmaq o dönəm üçün mümkünsüz görünürdü. Bundan əlavə, bəzi güclər iqtisadi müstəqillik qazanan kimi Azərbaycanın sürətlə qüdrətlənəcəyinin fərqindədilər buna hər vəchlə mane olmağa çalışırdılar. Ona görə "Əsrin müqaviləsi" imzalanmasın deyə, Azərbaycana dəfələrlə ciddi təzyiqlər edildi. Ancaq ulu öndər Heydər Əliyev bütün təzyiqlərin qarşısında mətinliklə dayandı 1994- il sentyabr ayının 20- müasir Azərbaycanın iqtisadi inkişafının lokomotivi sayılan "Əsrin müqaviləsi"nin imzalanması baş tutdu. Məhz bu müqavilə Azərbaycanın təkcə iqtisadi deyil, siyasi, mədəni, eləcə hərbi yüksəlişinin katalizatoru oldu. Azərbaycanı addım-addım qüdrətləndirən Heydər Əliyev şəxsi nüfuzu siyasi bacarığı sayəsində ən çətin problemlərin öhdəsindən məharətlə gəlir, yorulmadan ölkənin daha da güclənməsi üçün çalışırdı.

Heydər Əliyev Azərbaycan adlı nəhəng möhtəşəm memarlıq əsərini inşa etməklə yanaşı, ölkənin gələcəyi üçün layiqli siyasi irsin davamçısını da yetişdirirdi. Arzuları reallaşdırdıqları qədər böyük idi ulu öndərin. İşğal altındakı torpaqları azad görmək isə ən böyük arzusu idi. Həyatını, enerjisini həsr etdiyi heç əbəs olmadı böyük şəxsiyyətin. Onun yolunu layiqincə ulu öndərin özü kimi xalqın sevgisini qazanaraq davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevdən aldığı əmanəti qoruyub saxladı, onu daha da zirvələrə qaldırdı. Prezident İlham Əliyevin "Əsrin müqaviləsi"ni "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəməri, "Bakı-Tbilisi-Qars" dəmiryol xətti, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrlə şaxələndirməsi Heydər Əliyev siyasətinin təntənəsi idi.

2020-ci ildə başlayan 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi zəfərlə ölkənin ərazi bütövlüyünün bərpa edilməsi isə ulu öndər Heydər Əliyevin ən böyük arzusunun - dövlət başçısının dediyi kimi, "ata vəsiyyəti"nin gerçəkləşməsi idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onun layiqli davamçısı, Prezident İlham Əliyevin səyləri nəticəsində vaxtilə xəzinəsi boş, siyasi hərc-mərclik işğal təhlükəsi yaşayan bir ölkə bu gün 63 milyard dollara yaxın valyuta ehtiyatları ilə nəinki Cənubi Qafqazın, hətta dünyanın ən sayılıb-seçilən, fikrinə hörmət edilən ölkələrindən birinə çevrilib. Heydər Əliyev irsi yaşadıqca, Prezident İlham Əliyevin dediyi kimi, bu ölkə "hər zaman qələbələr yolu ilə" addımlamağa davam edəcək.

İsrayıl İMAMLI,

 Yeni Azərbaycan Partiyasının üzvü,

hüquqşünas.